Qırmızı.az
Tələbələrimiz Avstriyada Azərbaycanı təmsil etdi
Azərbaycanlı tələbələr Avstriyanın paytaxtı Vyanada keçirilən bayram tədbirində təmsil olunub.
Vyananın Modul Universitetində hər il ənənəvi olaraq “Beynəlxalq Gün” (“İnternational Day”) adı altında tədbir təşkil edilir. Bu dəfəki tədbirdə Azərbaycanı və 15-dən çox ölkəni təmsil edən 300-dən artıq tələbə tədbirdə iştirak edərək öz ölkəsinin mədəniyyətini, incəsənətini, mətbəxini nümayiş etdirib.
Tədbirdə Azərbaycanı layiqincə təmsil edən tələbələr “Azərbaycan guşəsi” yaradıblar. Sürəyya Talışinskaya və Atilla Bayramov tərəfindən hazırlanmış guşədə xalqımızın milli mədəniyyətini əks etdirən suvenirlər, milli atributlar, milli mətbəximizdən nümunələr, şirniyyat növləri təqdim edilib. Milli geyimdə olan tələbə Sürəyya Talışinskayanın ifa etdiyi Azərbaycan rəqsini isə iştirakçılar xüsusi maraqla qarşılayıblar. Bayram tədbirinin sonunda Azərbaycanı tanıdan video-çarx nümayiş etdirilib.
-
MDB12:40Rusiya iqtisadiyyatı problemlə üz-üzə - Böhran qaçılmazdır
-
Köşə12:34Açın pərdələri, o gəlir - 153-cü bahar...
-
İdman12:28Futbolda dəhşət: Rəqibinin ayağını sındırdı, kütləvi dava düşdü - FOTO/VİDEO
-
Nida Xəbər 12:10Bu quruma xidməti maşınlar verildi - Baş nazirin qərarı ilə...
-
Dünya11:19Netanyahudan günlərdir xəbər yoxdur - Ölüb?
-
İdman10:30Türk dövlətinin bu klubu baş məşqçisini Qurban Qurbanovun yanına göndərdi: Get öyrən - FOTOLAR
-
Dünya10:12İsrail bu FOTONU paylaşıb elan etdi: Növbədə odur, tezliklə öldürəcəyik
-
Yaxın Şərq09:54İran ABŞ-ın bu ölkədəki bazasını vurdu: Yanır



































