Region
İran danışıqlara hazırdır: Amma üç şərti var
Tehran yalnız bir sıra şərtlər yerinə yetirildiyi təqdirdə danışıqlara qayıtmağa hazırdır.
Publika.az xəbər verir ki, bunu İranın Çindəki səfiri Əbdülrza Rəhmani-Fəzli bildirib.
Diplomat deyib ki, ilk addım ABŞ və İsrailin hərbi əməliyyatlarını dərhal dayandırmaqdır. İkinci mərhələ danışıqlar masasına qayıtmaq olmalıdır və onun sözlərinə görə, bu, aparıcı güclərin və BMT Təhlükəsizlik Şurasının müdaxiləsi olmadan mümkün deyil.
Diplomat vurğulayıb ki, "dialoq zamanı gələcək təcavüz aktlarının olmamasına dair məcburi və sarsılmaz zəmanətlər vacibdir".
O, üçüncü şərti birtərəfliliyə qarşı çıxmaq və çoxtərəfliliyi təşviq etmək üçün bütün ölkələrin birləşməsi adlandırıb.
"Yuxarıda göstərilən prinsiplərə tam hörmət edilərsə və tətbiq olunarsa, müvafiq dialoqu bərpa etməyə hazırıq", - deyə səfir bildirib.
Tural
-
Magazin102:12"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə29 Oktyabr 22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art29 Oktyabr 22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 29 Oktyabr 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO












.jpg)




















.jpg)
.jpg)