Qırmızı.az
Dünən şəhid olmuş kapitanın iki övladı onun öldüyünü hələ bilmir
Azərbaycan Milli Ordusunun şəhid zabiti, kapitan Elnur Cəfərovun meyiti ötən gecə Bakıdakı “Göy məscid”də yuyulduqdan sonra doğulduğu Naxçıvan MR-in Şərur rayonuna yola salınıb. Modern.az saytı xəbər verir ki, bu barədə şəhidin yaxın qohumu, jurnalist Məhəmmədəli Qəribli bildirib.
“O, mənim çox yaxın qohumumdu. Elnurun ölüm xəbəri məni həddən
artıq sarsıltdı. Bir yerdə böyümüşdük. Qorxmaz və cəsuruydu.
Uşaqlıqdan hərbçi olacağını deyirdi. Yadımdadır, "Naxçıvanski"
adına hərbi məktəbə daxil olanda bizdə qalırdı. İmtahanları öz
gücünə verdi. Qəbul olduğunu eşidəndə sevincinin həddi-hüdudu yox
idi. Bəlkə də bu onun qədəriydi. Peşəkar həbçiydi, ancaq ona olan
münasibət göstəricilərinə, Vətəni sevmək dərəsinə adekvat deyildi.
Sosial şəbəkələrdə onun ölümü ilə bağlı gedən diskussiyalara fikir
verirəm. Şəhidimizi hətta səhlənkarlıqda ittiham edənlər də
tapılır. Belə deyil! Qohumum olduğu üçün demirəm. Ona münasibətdə
edilən haqsızlığın həddi-hüdudu yoxdur. Tərcümeyi halına fikir
verin. 1996-ci ildən xidmət edən peşəkar hərbçi hələ də kapitandı.
Bu müddət ərzində onun rütbəsi iki dəfə kiçildilib. 18 ildir ki,
Elnur cəbhə bölgəsində xidmət edir. Axı niyə? Bilirəm ki, Elnur
özünə sığışdırıb kimdənsə özünün sakit yerə dəyişdirilməsini
istəməzdi. Bəs, bizim qanunvericiliyimiz harda qaldı?”-deyə
M.Qəribli bildirib.
Jurnalistin sözlərinə görə, şəhid kapitan Elnur Cəfərovun həyat
yoldaşı və iki övladı yadigar qalıb. “Ancaq onlar zabitimizin şəhid
olduğunu bilmirlər. Ailəsinə onun yaralandığını deyiblər”
Qeyd edək ki, yanvarın 23-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığındakı mövqelərindən üzbəüz mövqelərimizi atəşə tutublar.
Nəticədə Silahlı Qüvvələrimizin zabiti 1978-ci il təvəllüdlü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsi tərəfindən 1996-cı il tarixində hərbi xidmətə çağırılan kapitan Cəfərov Elnur Cəfər oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə kapitan Cəfərov Elnur Cəfər oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
-
İdman23:36
Uşağa təcavüz edən məşhur idman jurnalisti SAXLANILDI
-
Region23:12
Türkiyədən gecə saatlarında dəhşətli xəbər: ölənlər və yaralananlar var
-
Region23:00
Rəisinin nəşi göyərtədə: elə görüntü yayıldı ki… - ŞOK VİDEO
-
ABŞ22:24
102 yaşlı qadın uzunömürlülüyün SİRRİNİ AÇDI - Həftədə üç gün...
-
Mətbəx21:48
Bunu ayda bir dəfə edin: paltaryuyan maşınınız öz-özünü təmizləyəcək
-
Region21:00
Rəisi dəfn edildi - FOTO/YENİLƏNDİ
-
Magazin120:36
Vəfa bu sözləri ilə qalmaqalı yenidən ALOVLANDIRDI - VİDEO
-
Region19:12
Məşəd şəhərində izdiham yaşanır - FOTO