Qırmızı.az
Əflatun Amaşov: “Xəbər saytlarının monitorinqi aparılır”
"Saytların arasında plagiatlıq şuranı uzun müddətdir narahat edir.
Azərbaycan jurnalistlərinin peşə-davranış qaydalarında plagiatlığa yol verilməməsi qeyd edilib. Lakin Azərbaycan KİV-lərində bu kimi qanun pozuntularına kifayət qədər rast gələ bilərik.Son vaxtlar bu pozuntuların sayı artıb”. Bu sözləri Publika.az-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Şura sədrinin sözlərinə görə, artımın səbəblərindən biri də saytların çoxalmasıdır. Həmin xəbər portalları informasiya götürdüyü sayt, portal və ya müəllifdən icazə almadan onların məlumatlarını 3-5 dəqiqə sonra öz saytlarında yerləşdirirlər. Çox zaman da istinad edilmir:
“Əvvəllər bu problemlə informasiya agentlikləri qarşılaşırdılarsa, bu gün xəbər portalları da bundan narahatdır. Dünyada bu çox ciddi qanun pozuntusu hesab edilir. Müəllif hüququ ilə bağlı Beynəlxalq Konvensiyalar var. Həmin sənədlərdə müəllif hüquqlarının sərhədləri göstərilib. Ölkə əhəmiyyətli hadisənin istinadla verilməsi normaldır. Lakin müəllif və köşə yazılarının icazəsiz verilməsi yolverilməz haldır. İndi saytlarda müşahidə edilən pozuntular çox ciddidir, bu halı törədənlər də bundan xəbərdardır”.
Ə.Amaşov şuranın bu problem qarşısında ata biləcəyi addımlara da toxunub
“Müəllif Hüquqları Agentliyi ilə birlikdə danışıqlar aparırıq. Yaxın vaxtlar məhz bu məsələ ilə bağlı tədbir keçirəcəyik. Artıq bu məsələ jurnalistikada ciddi problem olaraq qabarıb. Mətbuat Şurası olaraq saytlarla bağlı monitorinq aparırıq. Şura olaraq biz bu sahədə mütəmadi araşdırmalar apara, tərəflərə tövsiyələr verə, ictimai qınağa çəkə bilərik. Məsələnin hüquqi müstəvidə həll edilməsi yalnız zərərçəkənlər tərəfindən edilə bilər”.
Gülxar
-
Sosial10:18Elçibəylə bağlı sirr üzə çıxdı: Sən demə...
-
Maraq dünyası09:18İnsanlar qocalmayacaq, ömür xeyli uzanacaq: Alimlər yolunu tapdılar
-
Magazin107:47Vəfa Şərifova qonşu ölkədə EV ALDI
-
İdman06:46Messi meymun üzlü və quyruqlu tanrıya belə səcdə etdi - FOTO
-
Cənubi Qafqaz05:15Avropa İttifaqı Gürcüstanla bağlı QƏRAR VERDİ
-
Sosial00:1522 yaşlı Məleykə əməliyyatdan bir neçə gün sonra vəfat etdi - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Çətinlik çəkə bilərsiniz
-
Magazin116 Dekabr 23:12“Fazillə hər şey bitib” - Rəqsanədən ETİRAF / VİDEO








.jpg)





























