Qırmızı.az
3 avtomaşın toqquşdu
Bakının Xətai rayonunda yol nəqliyyat hadisəsi
baş verib. Nobel prospektində baş verən qəza zamanı 3 avtomaşın
toqquşub. Prospektlə hərəkət edən və Ceyhun Hüseynovun idarə
“Toyota” markalı avtomaşın qarşıda hərəkət edən Mehman İsmayılovun
idarə etdiyi eyni markalı və Şahin Babayevin idarə etdiyi
“Mercedes”ə çırpılıb.
Qəza zamanı xəsarət alan olmasa da, avtomobillər
ciddi ziyan dəyib. Hadisə yerinə Xətai rayon Dövlət Yol Polis
Şöbəsinin əməkdaşları cəlb edilib. Aparılan ilkin araşdırma
nəticəsində məlum olub ki, “Toyota”nı idarə edən Ceyhun Hüseynov
qarşısında qəfil manevr edən bir başqa maşına vurmamaq istəyib.
Lakin bu zaman o avtomobili qəfil sağa çəkən zaman öz hərəkət
zolağı ilə gedən digər iki avtomobillə toqquşub.
Qəza nəticəsində prospektdə sıxlıq yaranıb.
Avtomobillər evakuatorlar vasitəsilə hadisə yerindən
uzaqlaşdırılıblar. Sürücülər isə izahatlarının alınması üçün yol
polisi şöbəsinə dəvət olunub.
Qəzanın baş vermə səbəbləri apırılacaq
araşdırmalardan və müşahidə kameralarına baxıldıqdan sonra müəyyən
olunacaq.
ANS PRESS
-
Magazin107:17Bu gün 25 dərəcə isti olacaq
-
Magazin106:16"Mehmed Fetihler Sultanı" ilə bağlı qərar
-
ABŞ04:14ABŞ-da benzin sürətlə bahalaşır
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Magazin130 Aprel 23:12Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə REAKSİYA
-
Səhiyyə30 Aprel 23:00Macar Cərrahdan BÖYÜK UĞUR: Döyünən yaralı ürəyə küçədə tikiş atdı
-
İdman30 Aprel 22:36Qurban Qurbanov: "Həmişə çempion olası deyilik ki..."
-
MDB30 Aprel 21:00"Qiyamət radiosu" yeni sirli söz yayımladı



























.png)

.jpg)




