Qırmızı.az
Yol polisindən XƏBƏRDARLIQ: Bunu edənlər 4 min manat cərimələnəcək
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsi avtomobil yollarını qeyri-qanuni şəkildə zəbt edən şəxslərə xəbərdarlıq edib.
Publika.az">Publika.az xəbər verir ki, idarənin baş inspektoru Araz Əsgərli paytaxtın bir sıra yollarında, həmçinin parkinq üçün ayrılan yerlərin bəzən qeyri-qanuni şəkildə zəbt edildiyini bildirib.
Onun sözlərinə görə, avtomobil yollarının hərəkət hissəsində sədlərin quraşdırılması qadağandır:
"Bu, şəhər nəqliyyatında hərəkət iştirakçılarının və sürücülərin haqlı narazılığına səbəb olur. Küçələrdə piyada və sürücülərin hərəkətinin məhdudlaşdırmağa yönələn addımlar, yəni şlaqbaunların qurulması, süni maneələrin yaradılması və ya sədlərin qurulması yolverilməzdir.
Məlumat üçün bildirim ki, avtomobil yollarının hərəkət hissəsində sədlərin, şlaqbaunların qurulması və ya nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, eləcə də avtomobillərin və piyadaların hərəkətinə süni maneələrin yaradılması inzibati məsuliyyət yaradır. Belə olan halda fiziki şəxslər 80 manatdan 100 manata qədər, vəzifəli şəxslər 400 manatdan 500 manata qədər, hüquqi şəxslər isə 3 000 manatdan 4 000 manata qədər cərimə oluna bilərlər".
"Paytaxtın küçə və prospektlərində hərəkətin sıxlığını nəzərə almaqla, belə məsuliyyətsiz davranışlara şəxsi marağı üçün yol vermək olmaz. Kiminsə yolunu kəsmək, onların hərkətinə maneə yaratmaq qanunla qadağandır və inzibati məsuliyyət yaradır. Yol kəsməklə kiminsə həyatını çətinləşdirmək əvəzinə yolların keçiriciliyini artırıb ictimai məsuliyyətliliyi təbliğ eləmək cəmiyyət olaraq bizə üstünlük gətirər! Bir daha hər kəsdən məsuliyyətli olmağı tələb edirik", - DYP rəsmisi bildirib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
