Qırmızı.az
Azərbaycanda aqrar sektor 4 faizə yaxın böyüyüb
2021-ci ilin yanvar-noyabr ayları ərzində kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8% artıb.
Publika.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan "Kənd təsərrüfatı" aylıq informasiya bülletenində bildirilir.
Qeyd olunur ki, kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcminin dəyəri faktiki qiymətlərlə 8612,1 milyon manat təşkil edib. Bunun da 49,1 faizi (4232,6 milyon manat) heyvandarlıq sahəsinin, 50,9 faizi (4379,5 milyon manat) bitkiçilik sahəsinin payına düşüb.
2021-ci ilin yanvar-noyabr aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 6,4% təşkil edib. 2020-ci ilin yanvar-noyabr aylarında isə bu göstərici 7,2% təşkil edib.
2021-ci ilin yanvar-noyabr aylarında yumurta, sair dənlilər, dən üçün qarğıdalı, pambıq, şəkər çuğunduru və tütün istisna olmaqla, bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb.
2021-ci il dekabr ayının 1-nə kimi təmiz herik şumu da daxil olmaqla, 2021-ci ilin payızlıq əkinləri üçün 1024,1 min hektar və ya 2020-ci ilin müvafiq dövrünə nisbətdə 2,4% çox sahə şumlanıb.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur



































.jpg)
.jpg)

