Məktəblərin böyük problemi: kimdir günahkar?
Bizi izləyin

Qırmızı.az

Məktəblərin böyük problemi: kimdir günahkar?

Son günlər ölkə mediasının gündəmində müəllim-şagird münasibətləri ilə bağlı xəbərlərlə qarşılaşırıq. Məktəb kameralarına düşən görüntülər sosial şəbəkələrdə geniş paylaşılır, müzakirə mövzusuna çevrilir.

Maraqlıdır, bəs görəsən, müəllim tədris prosesində hansı tərbiyə üsullarından istifadə etməlidir ki, nəticədə özü cəzalandırılmasın?

src="/storage/files/upload/ba8a3b335428895e047cc3d8769fb70b16d568b7.jpg" style="width: 492px; height: 298.48px;" class="fr-fic fr-dib">

Təhsil üzrə mütəxəssis Qoşqar Məhərrəmov bildirib ki, ümumtəhsil məktəblərində davranışla əlaqədar hər hansı bir tənzimləmə mövcud deyil: “Hansı situasiyada hansı davranışın göstəriləcəyini müəllimlər də bilmir, şagirdlər də. Çünki elə bir sənəd nümunəsi yoxdur. Hamı öz dünyagörüşünə uyğun davranır. Şagirdlərə vəzifələri, məsuliyyətləri xatırladılmır. Və bu qaydalara uyğunlaşmayacaqları təqdirdə onları nə gözləyir, bu da şifahi şəkildə deyilir. Şagird və müəllimlər üçün standart prosedur olmadığından hərə bildiyi kimi davranır. Ona görə də tövsiyə edərdim ki, məktəb rəhbərliyi öz məktəbi üçün gözlənilən qaydaları çıxarsın. Buna əməl edilməyəcəyi təqdirdə addımbaaddım nə olunacağı da qeyd olunsun”.

src="/storage/files/upload/b56333ffe2ede360048643cca58aa6305150b1ec.jpg" style="width: 542px; height: 361.333px;" class="fr-fic fr-dib">

Kamran Əsədov hesab edir ki, ibtidai və orta məktəblərdə, xüsusən də yuxarı siniflərdə şagird nizam-intizamına nəzarət və sağlam mənəvi mühitin yaradılması olduqca çətindir: “Aydın məsələdir ki, bütün dünya bu problemdən əziyyət çəkir. Əksər ölkələrdə məktəbdə aqressiya ilə mübarizə üçün xüsusi proqramlar tərtib olunur, pedaqoji heyətə hərtərəfli təlim keçirilir, məktəblərdə psixoloq işi və sosial iş təşviq olunur. Azərbaycanda da bu mövzu günü-gündən aktuallaşır. Nəzərə almaq lazımdır ki, direktor və ya müəllimin həddini aşaraq şagirdi şəxsi və ailə vəziyyətinə görə mühakimə etmək, alçaltmaq, köməkdən məhrum etmək və məktəbi meşə qanunları ilə idarə etmək hüququ yoxdur”.

Ekspertin sözlərinə görə, vəziyyətdən çıxış yolu kimi təhsil müəssisələrində zorakılıq məlumatlılığının səviyyəsinin öyrənilməsi üçün sorğular keçirilməli, uşaqlar, valideynlər və işçi heyəti arasında zorakılıqla bağlı maarifləndirmə işləri təşkil olunmalıdır.

src="/storage/files/upload/29f73f3d6e84f594d0bf91e3c9859deee0575de0.jpg" style="width: 506px; height: 347.453px;" class="fr-fic fr-dib">

Professor Şahlar Əsgərovun fikrincə, müəllim-şagird münasibətləri cəmiyyətdə müzakirə mövzusu olmamalıdır: Çünki cəmiyyətin özündə də söz-söhbət olur. Ailədə, evdə anlaşılmazlıq baş verir”.

src="/storage/files/upload/59ef5ec5167c35f07841e68a19c371e8fe37303b.jpg" style="width: 616px; height: 342.907px;" class="fr-fic fr-dib">

Psixoloq Fərqanə Mehmanqızı hesab edir ki, istənilən hadisə əvvəlcə araşdırılmalı, analiz olunmalıdır: “Ümumiyyətlə, müəllim bu gün cəmiyyətimizdə aqressiya hədəfinə çevrilib sanki. Bizdə həmrəylik psixologiyası çox inkişaf edib. Müəllimin hər hansı hərəkəti bizə görünən tərəfidir. Araşdırılıb, analiz edilmədən mühakimə yürütmək doğru deyil. Uşağın, müəllimin psixoloji durumu, müəllimi affekt vəziyyətə gətirən səbəblər araşdırılmalıdır. Hər insanın özünün xarakteri var. Bu xarakterin formalaşması dövrü ailədə baş verir. Ailə uşağa şiddətlə təsir etdiyi üçün uşaq şiddətlə anlayır, yox, əgər baxışla, müzakirə ilə təsir edirsə, belə qəbul edir. Əgər şagird müəllimi avtoritet kimi qəbul edirsə, onun dediklərinə əməl edir, affekt halına gətirib çıxarmır. İstənilən halda şagirdin tərbiyəsi ailədən gəlir”.

Dilşad Xaqaniqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm