Qırmızı.az
Nihat Büyükbaşın “Türklərdə təhsil” kitabı çapdan çıxdı
Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin təhsil müşaviri Nihat Büyükbaşın “Türklərdə təhsil” kitabı işıq üzü görüb.
Publika.az xəbər verir ki, kitabın müəllifi türk toplumlarının tarixdən bu günə qədər insan yetişdirmə üsullarını təhlil edərək onların bu günə olan yansımalarını araşdırıb.
Kitabda türk toplumlarının müstəqil, güclü dövlətlər olaraq varlıqlarını əbədi davam etdirə bilmələri üçün təhsil, elm və texnologiya ilə bağlılığı, sabahın nəsillərini bu gün yetişdiririksə, gələcəyi necə müəyyənləşdirməli, müstəqil düşünə bilən fərdləri necə yetişdirməliyik kimi suallara cavab axtarılıb.
Türk dünyasının insan yetişdirmə nizamına dair effektiv təhsil, türkcə təhsil və milli tarix şüurunun axtarışına töhfə vermək məqsədilə yazılan kitab Ankarada nəşr olunub.
Daha öncə müəllim, müfəttiş, şəhər təhsil idarəsinin müdiri və Atatürk Araşdırma Mərkəzinin sədr müavini vəzifələrində çalışmış Nihat Büyükbaş 2013-2018-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda Yaqub Mahmudovun rəhbərliyi altında “Türkiyə-Azərbaycan orta məktəblərində tarixşünaslıq və tədrisi məsələləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Aysel Məmmədova
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi















.jpg)

















.jpg)
.jpg)
