Qırmızı.az
Postamentli heykəllər insani miqyasda deyil - Tanınmış memar
Yanvarın 18-də Azərbaycan tarixinin önəmli simalarından olan xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin İstiqlaliyyət prospektində heykəli ucaldıldı. Əksəriyyət bu cür postamentsiz heykəlin maraq doğurduğunu vurğulayır. Hətta Avropada da son dönəmlər bu cür sənət nümunələri daha çox dəbdədir.
Memar Fəxrəddin Miralay Publika.az-a açıqlamasında söyləyib ki, bu cür heykəllərə park heykəlləri deyirlər:
“Əslində, heykəllər 2 cür olur, park və şəhər heykəlləri. Park heykəlləri, yəni postamentsiz heykəllər insanlar üçün daha səmimi olur. Nizaminin, Füzulinin, Səməd Vurğunun heykəllərinə baxın, yerdən 7-8 metr hündürlükdədir. Göydə bir heykəl qoyublar, yanından gəlib keçənlər də toxuna bilmirlər. Postamentli heykəllər insanlar üçün əlçatan deyil. İnsani masştab deyilən bir yanaşma var. Postamentli heykəllər insani miqyasda deyil. İnsan ona əlçatan olan, özünə bənzətdiklərini daha çox sevir. Humanizm prinsipləri də məhz buradan gəlir. Park heykəlləri insanpərvər memarlıq nümunələri sayılır. “Tarqovı”da postamentsiz heykəllər var idi, insanlar fotolar çəkdirirdilər. Heykəlləri qucaqlayırdılar, sevinirdilər. İndi də bildiyim qədər, həmin heykəllər qalır”.
src="/storage/files/upload/5f814226f1e64eb4d36c67c91a87df5de1e3d550.jpg" style="width: 518px; height: 303.893px;" class="fr-fic fr-dib">
Memarın sözlərinə görə, bu cür heykəllər insanların arasında olduğu üçün sevilir:
“Bu cür heykəllər sanki insanlardan biridir, çünki onların arasındadır, əlçatandır. Tağıyevin heykəli də bu qəbildəndir. Sanki Tağıyev sağdır, aramızdadır. Onun heykəlinə baxanda bu cür düşünürsən. Düşünürəm ki, gələcəkdə Bakıda bu cür heykəllərin sayı artmalıdır. Bu cür heykəllər parklarda olmalıdır. Qazonun üstünə qoyurlar. Amma şəhərin avtomobillərlə sıx yerlərində, məsələn, Moskva, Heydər Əliyev prospektlərində bu cür heykəlləri qoymaq olmaz, çünki tez məhv olacaq. Orada daha çox postamentli heykəllər qoyula bilər. Fəqət, parklarda, insanların sıx olduğu yerlərdə postamentsiz heykəllər çox maraq doğuracaq. İranda bu cür heykəllər görmüşəm və çox maraqlıdır, səmimidir. İnsanlar toxuna bilir. Hacı Zeynalabdin Tağıyevin heykəlinin müəllifi heykəltaraş Xanlar Əhmədovdur. O da yaşayan ən məşhur heykəltaraşlarımızdan biridir. Ömər Eldarov, Salayev və Xanlar Əhmədov bizim yaşayan canlı əfsanə heykəltaraşlarımızdandır”.
Tural Turan
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi















.jpg)

















.jpg)
.jpg)
