Qırmızı.az
Azyaşlı qızın ərə verilməsi ilə bağlı ŞOK TƏFƏRRÜATLAR: 13 yaş böyük oğlanla... - VİDEO
Video əlavə olunub.
xxx
Masallı rayon Təzə Alvadı kəndində 13 yaşlı qızın ərə verilməsi ilə bağlı xəbər vermişdik.
Sözügedən kəndin icra nümayəndəsi Fəxrəddin Məmmədov Publika.az-a bildirib ki, azyaşlı qızın evlənməsi faktı yalandır. Onun sözlərinə görə, həmin qızı özündən 13 yaş böyük oğlanla nişanlayıblar: “O qız 28 yaşlı oğlanla nişanlanıb, ancaq toyu olmayıb. Hazırda iş mənim nəzarətimdədir və rayon icra hakimiyyətinə arayış göndərirəm və kömək göstərmələrini xahiş edirəm. Qız öz həmkəndlisi ilə nişanlanıb. Oğlan tərəfi bildirir ki, indi qız tapmaq çətindir, buna görə də nişanlayıb, 18 yaşının olmasını gözləyirik. Bundan sonra qanuni şəkildə toyu olacaq. Polis və məktəb valideynlərin izahatlarını alıb”.
Fəxrəddin Məmmədov qeyd edib ki, bu neqativ halın qarşısının alınması üçün müvafiq tədbir görülməsi məqsədilə Masallı Rayon İcra Hakimiyyətinə, polis şöbəsinə yazılı müraciət edib: “Biz valideyni çağırıb söhbət etmişik. İndi də polisə verirəm, araşdıracaqlar. Təzə Alvadı kənd sakini Hənifə Quliyeva (ad şərtidir - red.) oğlu 16.10.1994-cü il təvəllüdlü İsmayıl Quliyevi (ad şərtidir - red.) həmin kənd sakini əvvəllər ailəli olub ayrılan Məmmədova Dilərənin (ad şərtidir - red.) azyaşlı qızı 02.02.2007-ci il təvəllüdlü Məmmədova Arzu (ad şərtidir - red.) ilə nişanlayıb”.
Kənd icra nümayəndəsi qızın təhsildən yayındırılması məsələsinə də münasibət bildirib: “Qızın anası əvvəllər Lənkəranda ailəli olub. Daha sonra ailəsi ilə yola getməyib və boşanıb. Uşaq Lənkəranda məktəbə gedib. Qadın boşanandan sonra Bakıda yaşayıblar. Bu zaman isə uşaq təhsildən yayınıb. 3 ilə yaxındır ki, kəndə, atası evinə gəlib. Hazırda isə uşaq fərdi təhsilə cəlb olunub. Ərə verildiyi iddia edilən qızın 2009-cu il təvəllüdlü bir bacısı da var”.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi















.jpg)

















.jpg)
.jpg)
