Qırmızı.az
Biz gənclər üzərimizdə işləməliyik - Coşqun Hidayətov
Bu gün keçirilən Gənclər Forumu çox səmimi formatda baş tutdu. Gənclərin sualları cənab Prezident tərəfindən tam və ətraflı şəkildə cavablandırıldı. Bu gün mənim üçün də xüsusi və önəmli günlərdən biridir.
Publika.az xəbər verir ki, bunu Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron nümayəndəliyinin direktoru Coşqun Hidayətov deyib.
Onun sözlərinə görə, bu günlə birlikdə Prezident tərəfindən ikinci dəfə mükafatlandırılıb: "İlk dəfə "Cəbrayılın azad olunması" medalı ilə təltif edilmişdim. Bizim missiyamız təkcə Vətən müharibəsində iştirakla yekunlaşmır. Bundan sonra Qarabağın dirçəldilməsi, həmçinin Azərbaycan gənclərinin bilik və bacarıqlarının daha da artırılması, düşmənlə informasiya cəbhəsində daha istiqamətli mübarizə aparmaq üçün işlərimiz davam edəcək. Bunun üçün də üzərimizdə çalışıb, özümüzü inkişaf etdirməliyik. Vətənpərvərlik cəbhədə vuruşmaq, postda dayanmaq kimi başa düşülür. Vətənpərvərlik kifayət qədər geniş anlayışdır. Buraya təhsil, cəbhədə xidmət, jurnalistika, elm daxildir. Hər kəs fəaliyyət göstərdiyi sahədə işini düzgün icra edirsə, o, vətənə xidmət edir. Biz gənclər də üzərimizdə işləməliyik. Mənim həyatda əldə etdiyim uğurların sirri də məhz vətənə sevgidir. Vətənə olan sevgim sayəsində daima faydalı işlər görməyə səy göstərmişəm. Vətən üçün olunan xidmətlər bu gün də olmasa, sabah mütləq dəyərləndirilir".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
































.jpg)
.jpg)
