Bəzi qüvvələr Azərbaycan gəncliyindən istifadə edirdilər - Deputat
Bizi izləyin

Qırmızı.az

Bəzi qüvvələr Azərbaycan gəncliyindən istifadə edirdilər - Deputat

“Bu gün ölkəmizdə Gənclər Günü kimi qeyd olunur. Mən bütün Azərbaycan gəncliyini təbrik edirəm. Müstəqilliyimiz bərpa olunduqdan sonra gəncliyimiz bir müddət başsız qaldı. Onların bir hissəsi baş verən siyasi çəkişmələr fonunda ölkədə perspektiv görmədikləri üçün xaricə üz tutdu, digər bir hissəsi isə müəyyən siyasi qüvvələrin əlində alətə çevrildi”.

Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputatın sözlərinə görə, bəzi qüvvələr öz siyasi məqsədləri üçün Azərbaycan gəncliyindən istifadə edirdilər: “Ölkədə baş verən xaos, anarxiya, özbaşınalıq, gənclərlə heç kimin məşğul olmaması onları tamamilə ruhdan salmışdı. Məhz Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyə başladığı zaman ilk görüşlərini gənclərlə keçirdi. Daha sonra gənclərlə məşğul olması üçün 1994-cü ildə Gənclər və İdman Nazirliyini yaratdı. Bundan sonra Heydər Əliyevin təşəbbüsü ilə Gənclərin birinci forumu keçirildi və Ümummilli liderin fərmanı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlandı”.

C.Osmanov vurğulayıb ki, Prezident İlham Əliyev 2003-cü ildən bu günə qədər gənclər siyasətini uğurla inkişaf etdirir: “Gənclərə daha çox meydan verildi. Gənclər dünyanın ən aparıcı universitetlərində təhsil almaq üçün yollandılar. Azərbaycan gəncliyi üçün dövlət proqramları qəbul olundu. Gənclərimiz bu gün Azərbaycanın bütün idarəetmə strukturlarında təmsil olunmağa başlayıblar. Nəhayət, Azərbaycan gəncliyi vətənpərvər ruhda böyüdü və onlara göstərilən qayğını 2020-ci ilin 44 günlük Vətən müharibəsində döyüş meydanında göstərdi. Ali Baş Komandanın rəhbərliyi ilə gənclərimiz igidlik göstərərək vətən torpaqlarını işğaldan azad etdilər. Bu gün Azərbaycan gəncliyi həm təşkilatlanma, həm döyüş meydanındakı cəsarəti, həm də diaspora fəaliyyəti baxımından dünyaya nümunə göstəriləcək bir gənclikdir. Onlar Ali Baş Komandanın ətrafında sıx birləşərək hər zaman vətənə xidmət etməyə hazırdırlar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm