Qırmızı.az
Məhdudiyyətlər yalnız bu halda götürülə bilər - Həkimdən ÇAĞIRIŞ
Bəzi Avropa ölkələrində artıq sərt məhdudiyyətlər götürülür, qapanmalar aradan qaldırılır. Bunun da əsas səbəbi əhalinin demək olar ki, hamısının vaksin olunmasıdır. Azərbaycanda da birinci mərhələ üzrə peyvənd olunma prosesi uğurla aparıldı. Hazırda da buster dozanın vurulması prosesi başlayıb. Bəzi şəxslər üçüncü doza vaksin olunmaqdan ehtiyat edirlər. Ancaq unutmamalıyıq ki, biz vaksinasiyadan keçərək COVID-19-a qalib gələ bilərik.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan Həkimləri İctimai Birliyinin İdarə Heyətinin üzvü Ədalət Rüstəm deyib.src="/storage/files/upload/5b3ce668ad4daf59b5f703590f69e2d71149d751.jpg" style="width: 714px; height: 436.213px;" class="fr-fic fr-dib fr-fil">Həkim qeyd edib ki, koronavirusa qalib gəlməyimizin yeganə yolu hazırda vaksinasiyadır: “İnsanların üçüncü doza peyvənd olunması pandemiya müddətinin qısalmasına böyük təsir edəcək. Artıq fevralın 15-dən Operativ Qərargahın göstərişi ilə buster doza vurdurmayan vətəndaşlar bir sıra ictimai məkanlara buraxılmayacaqlar. Üçüncü doza peyvənd olunmaq hazırda aktualdır. Düşünürəm ki, qarşıdakı aylarda epidemioloji vəziyyətdə sabitlik yaşanacaq və yenidən normal həyata qayıda biləcəyik. Hazırda virusun yeni dalğası yaşanır, yoluxanların sayı sürətlə artır. “Omikron”un digər variantlardan fərqi odur ki, bu ştama yoluxanlar xəstəliyi yüngül keçirirlər və reanimasiya şəraitində demək olar ki, müalicəyə ehtiyac olmur. Onlar xəstəliyi sanki adi qrip infeksiyası kimi keçirirlər və xüsusi müalicəyə ehtiyac olmur. Yalnız ağırlaşmalar olduqda davamlı müalicə tətbiq olunur. Bu müddət ərzində insanların nizam-intizam qaydalarına əməl etmələri kifayətdir”.
Ə.Rüstəmin sözlərinə görə, peyvənd olunmamış şəxslər digərlərinə nisbətən bu xəstəliyi ağır keçirir: “Bəzi virusa yoluxmuş insanlar isə heç xəstəxanaya getmirlər. Ümumiyyətlə, son zamanlar bu xəstəlikdən ölənlərin içində vaksinasiya olunmuş şəxslər çox azdır. Peyvəndlər insan immunitetini gücləndirir və COVID-19 virusundan qoruyur. İstehsal olunmuş vaksinlər bütün ştamlara qarşı effektivdir. Ola bilsin ki, yeni variantlara təsir faizinə görə aralarında fərq ola bilər”.
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var










.png)














.jpg)
.jpg)





