Qırmızı.az
Azərbaycanda pensiya kapitalının məbləği artıb
Azərbaycanda 2022-ci il üzrə pensiya kapitalının məbləği artıb.
Hazırda minimum pensiya kapitalı yanvar ayının 1-dən 34 560 manat təşkil edir.
Bundan əvvəl həmin məbləğ 28 800 manat idi.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, pensiya yaşına çatmış şəxs pensiya hüququna maik olması üçün ya əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya kapitalına, bu olmadıqda azı 25 il sığorta stajına malik olmalıdır: "Əmək pensiyasının minimum məbləğindən (hazırda 240 manatdır) az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı həmin məbləğin 144-ə vurulması ilə müəyyən olunur. Əgər həmin qədər pensiya kapitalı yoxdursa, o zaman azı 25 il sığorta stajı olsa yenə pensiya təyin olunur. Bununla belə, pensiya sistemində humanist yanaşma tətbiq olunmaqla, 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatan və fərdi hesabında hətta ən kiçik məbləğdə pensiya kapitalı qeydə alınan şəxslərə avtomatik olaraq 25 il sosial sığorta stajı hədiyyə edilir və əmək pensiyası hüququ verilir".
Nazirlikdən qeyd olunub ki, lakin pensiya yaşına çatsa da pensiya hüququ yaranmayan şəxs heç də sosial təminat sistemindən kənarda qalmır: "Belə ki, 2020-ci ilin əvvəlindən yaşa görə müavinət yaşı pensiya yaşı ilə eyniləşdirilib, yəni pensiya yaşına çatsa da, pensiya hüququ yaranmayan şəxslərə yaşa görə müavinət təyin olunur. Həmin müavinət də son üç ildə 2,5 dəfə artırılaraq 180 manata çatdırılıb. Pensiyaların hər ilin əvvəlindən indeksləşdirilərək artırılması əvvəlki ilin orta aylıq nominal əməkhaqqının illik artım tempi göstəricisi əsasında aparılır. Pensiyalara indeksləşdirilməs əsasında artım tətbiq edildikdə bu barədə məlumat veriləcək" .
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp

























.jpg)
.jpg)





