Qırmızı.az
Aİ səfiri Azərbaycan xalqını təbrik etdi - VİDEO
Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
Publika.az xəbər verir ki, Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalkonun videomüraciəti nümayəndəliyin sosial media səhifələrində paylaşılıb.
“Novruz dirçəliş, yeni başlanğıclar, baharın nəfəsi, bolluq və birlik bayramıdır. Bu bayram yeni başlanğıcları və baharı qeyd etmək, ailə ilə bir araya gəlmək üçün unikal fürsətdir. Bu gün hamı dünyada baş verən pandemiya və Ukraynadakı müharibəyə görə çətin günlər yaşayır. Lakin biz hələ də parlaq gələcəyə ümid edirik, sülh və firəvanlıq, daha yaxşı gələcək üçün birlikdə işləməyə davam edirik. Biz Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında həm ikitərəfli, həm də “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əhəmiyyətli və intensiv dialoqun və münasibətlərin inkişafının şahidi olduq. Aİ-nin Azərbaycandakı nümayəndəliyi adından Azərbaycan xalqını Beynəlxalq Novruz Günü münasibətilə təbrik edirəm. Bu bayramın evlərinizə sevinc, süfrələrinizə bolluq gətirməsini arzu edirik. Gəlin, hamımız bu özəl bayramı qeyd edərək, bir-birimizlə daha mehriban olaq, sağlam qalmaq üçün bir-birimizə dəstək olaq”, - səfir bildirib.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi













.jpg)


















.jpg)

.jpg)
