Qırmızı.az
Qarabağ həqiqətlərindən bəhs edən kitab işıq üzü gördü
Tanınmış yazar, şair-publisist İradə Əlilinin Qarabağ həqiqətlərindən bəhs edən kitablarının təqdimat mərasimi olub.
Publika.az">Publika.az xəbər verir verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında keçirilən tədbirdə müəllifin “Bir damla göz yaşında torpaq həsrəti”, “Laçın həsrətim”, ”Zəfər yolu” kitablarının, həmçinin “Xocalı: Şahidlər danışır” kitabının holland və niderland dillərinə tərcümə olunmuş nüsxələri təqdim olunub.
Tədbirdə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye, iş adamları, qazilər, tanınmış incəsənət nümayəndələri və müəllifin oxucuları iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov təqdim olunan kitablar haqqında məlumat verərək bildirib ki, hər üç kitabda Qarabağın tarixi, coğrafi ərazisi, Milli qəhrəmanları, şəhidləri, qaziləri haqqında məlumatlar öz əksini tapıb. O, Qarabağ həqiqətlərindən danışaraq müəllifi olduğu yeni kitablarda məhz bu mövzudan bəhs olunduğunu diqqətə çatdırıb.
Səfir Bilal Haye çıxışında Pakistan-Azərbaycan əlaqələrinin perspektivləri haqqında danışıb. Azərbaycanın Vətən müharibəsində möhtəşəm bir Qələbə qazandığını vurğulayan səfir bildirib ki, İradə Əlilinin müəllifi olduğu yeni kitablar Qarabağ həqiqətlərinin və vətənpərvərlik ideyaların təbliğ olunmasında əhəmiyyətli rol oynayacaq.
Tədbir iştirakçıları çıxışlarında İradə xanıma ürək sözlərini bildirirərək Qarabağ həqiqətlərinin təbliğatına töhfə verdiyinə görə ona təşəkkür ediblər.
“Zəfər Yolu” kitabının həmmüəllifi, jurnalist Vüqar Şahinoğlu çıxış edərək kitab haqqında qonaqlara məlumat verib. Qeyd edib ki, kitabın redaktoru Əməkdar jurnalist Elnarə Dərziyeva, ön sözün müəllifi isə Milli Məclisin deputatı Ceyhun Məmmədovdur: “Zəfər Yolu” Azərbaycan və ingilis dillərində dərc olunub. Kitabı Bakı Dövlət Universitetinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Kəmalə Ələkbərova təmannasız olaraq türk dilinə tərcümə edir və bu işlər artıq yekunlaşmaq üzrədir.”
V.Şahinoğlu 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, şücaətindən danışıb, tarixi Qələbəmizin dünya ictimaiyyətində böyük əks-səda doğurduğunu vurğulayıb.
Tədbirdə çıxış edən “Laçın həsrətim” kitabının həmmüəllifi Sevinc Rza ürək sözlərini bildirib. O, “Laçın həsrətim” haqqında geniş məlumat verərək kitabın oxucular tərəfindən maraqla qarşılanacağına inandığını qeyd edib.
İradə Əlili tədbirin sonunda imzalı kitablarını oxucularına hədiyyə edib.
Qeyd edək ki, “Xocalı: Şahidlər danışır” kitabını Avropa Azərbaycanlıları Konqresinin baş katibi Arzu Oqtay fin dilinə, Niderland-Belçika Koordinasiya Şurasının əlaqələndirici üzvü İkanə Yusifova isə holland dilinə tərcümə edərək dərc etdiriblər.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi















.jpg)

















.jpg)
.jpg)
