Qırmızı.az
Qazimizin köməyinizə ehtiyacı var - FOTO
Vətən müharibəsi qazisi Səmədov Elnur Qalib oğlu kəskin leykoz xəstəliyindən əziyyət çəkir və sümük iliyi transplantasiyasına ehtiyacı var.
Bu barədə Publika.az-a qazimizin anası Samirə Səmədova məlumat verib.
O bildirib ki, sözügedən xəstəlik Elnurda bu ilin yanvar ayında aşkar edilib: “Elnur 2002-ci ildə Bakıda doğulub. 2020-ci ildə Vətən müharibəsində iştirak edib. Cəbrayıl, Qubadlı, Füzuli və Kəlbəcər rayonlarının azad olunması uğrunda döyüşüb. Oktyabrın 25-də Qubadlı rayonu istiqamətində yaralanıb, hazırda ayağında iki mil var. Vəziyyəti ağır olduğuna görə Elnura qoyulan diaqnozu dəqiqləşdirmək üçün Moskva şəhərinə getdik. Orada daha da çətin diaqnoz qoyuldu, hazırda oğlum leykozun ən ağır forması ilə mübarizə aparır. Martın 3-ü Bakıya gətirdik, vəziyyəti yenidən pisləşdi. Hematologiya və Transfuziologiya İnstitutunda birinci sümük terapiyası alıb. Həkimlər bildirirlər ki, yüksək risk qrupuna daxildir. Azərbaycanda bir neçə quruma müraciət etmişik, ancaq hələ ki, müalicəni öz üzərinə götürən yoxdur”.src="/storage/files/upload/0cfa85a159bbc6a41d8bc382ad51c07a3524b71c.jpg" style="width: 656px; height: 896.533px;" class="fr-fic fr-dib fr-fil">S.Səmədova Elnurun müalicəsi üçün 100 min dollara ehtiyac olduğunu, ancaq bunu qarşılamağa maddi durumlarının imkan vermədiyini deyib: “Özüm ikinci qrup əliləm, demək olar ki, ailədə işləyən yoxdur. Yaşadığımız evdə qayınatamla, əlil qaynımla birlikdə yaşayırıq. Elnurdan başqa məktəbli qızım var. İndi Elnurun xalqın dəstəyinə ehtiyacı var. Biz Türkiyəyə müalicə üçün getməliyik. Buna görə də 100 min dollar məbləğində pula ehtiyacımız var. Almaniyada da maraqlandım, orada da eyni məbləğdir. Uzunmüddətli müalicə olduğu üçün Heydər Əliyev Fondundan, “YAŞAT” Fondundan dəstək istəyirəm. Azərbaycan xalqından, imkanlı şəxslərdən kömək göstərmələrini xahiş edirik”.
Qeyd edək ki, Səmədov Elnur Qalib oğlu “Kəlbəcərin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
-
Magazin121:24Pencəyi çılpaq bədəninə geyinərək şouya qatıldı - FOTO
-
Region21:12İranın neft naziri istefa verdi
-
Qoroskop20:48Oktyabrın ən şanslı bürcü
-
Cənubi Qafqaz20:24Paşinyan bu dəfə Lusadzorda tualetə su tökdü - VİDEO
-
ABŞ20:12Edam baş tutsaydı, tarixə düşəcəkdi - İki ölümcül iynəyə tab gətirən qadından xəbər var
-
İdman19:48Ayxan Abbasovdan qələbə açıqlaması: "Bacardıqlarından daha yaxşı çıxış etdilər"
-
Sosial19:36Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının FOTOSU
-
İdman19:00Millimiz Litvaya qalib gəldi - YENİLƏNDİ






























.jpg)