Qırmızı.az
FHN-in Elmi-Tədqiqat İnstitutu sertifikatlara layiq görüldü
Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu bir neçə nüfuzlu beynəlxalq sertifikata layiq görülüb.
Publika.az xəbər verir ki, daim təkmilləşən və müasir standartların tətbiqinə xüsusi əhəmiyyət verən İnstitutun fəaliyyəti müvafiq beynəlxalq təsisatlar tərəfindən yüksək qiymətləndirilir. Bunun nəticəsi olaraq, Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu ISO 9001 “Keyfiyyət idarəetmə sistemi”, ISO 14001 “Ətraf mühitin mühafizəsi idarəetmə sistemi” və ISO 45001 “Sağlamlığın mühafizəsi, əməyin təhlükəsizliyi idarəetmə sistemi” sertifikatlarına layiq görülüb.
Qeyd edək ki, ISO 9001 “Keyfiyyət idarəetmə sistemi” beynəlxalq standartının tələbləri çərçivəsində idarəetmə sisteminin effektiv tətbiqi yolu ilə müştəri məmnunluğunun artırılması qarşıya məqsəd qoyulur. Bu standartın tətbiqi, həmçinin təhlükə potensiallı obyektləri istismar edən, eləcə də sənayenin digər sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlara bu sahədə lider mövqeyə çatmaqda yardımçı olacaq.
ISO 14001 “Ətraf mühitin mühafizəsi idarəetmə sistemi” İnstitutun fəaliyyət istiqamətləri üzrə işləri ətraf mühitə zərər vurmadan, təkrar emal, təbii resurslardan optimal şəkildə və maksimum effektivliklə istifadəni təmin edir. Bu standartın tətbiqi ətraf mühitə mənfi təsirin sistematik azaldılmasına, enerji və su ehtiyatlarının daha qənaətlə istifadəsinə xidmət edəcək. Eyni zamanda, sözügedən standartların tətbiqi tullantıların nəzarət altında təkrar istifadəsinə, istismar xərclərinin ixtisar olunması vasitəsilə müəssisənin xərclərinin azaldılmasına gətirib çıxaracaq.
ISO 45001 “Sağlamlığın mühafizəsi, əməyin təhlükəsizliyi idarəetmə sistemi” standartının tətbiqi isə iş yerlərində insidentlərin sayının azaldılması, sığorta xərclərinin azaldılması, işçilərin sağlamlıq və təhlükəsizliyi ilə bağlı tədbirləri əhatə edir. Həmçinin, bu standartın tətbiqi iş fəaliyyətinin bütün sahələrində qəzaların, bədbəxt hadisələrin baş verməməsi və peşə xəstəliklərinin qarşısının alınmasına, bu məqsədlə daim qabaqlayıcı tədbirlər görməyə, işçilərin sağlamlığına və həyatına təhlükə yaradan bütün əməliyyatların qarşısını almağa köməklik edir.
Qeyd edək ki, bu standartlar fəaliyyət sahəsi və ixtisasından asılı olmayaraq istənilən təşkilat üçün tətbiq oluna bilər.
-
Avropa14:31Rumıniyada nə baş verir? - Üç gündür PUA vururlar
-
Magazin212:48Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu - FOTO
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
MDB12:19Hamının "zəifləyib" dediyi Rusiya ordusunda yeni növ birləşmələr yaradıldı
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi



































