Qırmızı.az
“Park Bulvar"da insanları kəmərlə vuran şəxs həbs edildi
Daxili İşlər Nazirliyi (DİN) Bakıda bloger Hüseyn Həsənovla görüş zamanı pandemiya qaydalarının pozulması ilə bağlı açıqlama verib.
DİN-in Mətbuat Xidmətindən Publika.az-a daxil olan açıqlamada deyilir:
"Aprel ayının 17-də saat 15:30 radələrində paytaxtın Səbail rayonu ərazisində yerləşən iri ticarət mərkəzlərinin birində yaranmış izdiham ilə bağlı bildiririk ki, xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq ticarət mərkəzinə daxil olan hər bir vətəndaşın vaksinasiyadan keçməsini təsdiq edən sertifikatın “QR” kodu və qoruyucu tibbi maskadan istifadə etməsi polis əməkdaşları tərəfindən mərkəzin girişində yoxlanıldıqdan sonra onların qapalı məkana daxil olmalarına icazə verilib. Lakin ticarət mərkəzinə gələn şəxslər obyektə daxil olduqdan sonra tibbi maskalarını çıxardıblar.
Məlumat üçün onu da qeyd edək ki, iri ticarət mərkəzlərinin daxilində insanların tibbi maskadan istifadə etmələrinə həmin obyektin əməkdaşları tərəfindən nəzarət olunur.
Pandemiya ilə əlaqədar tətbiq olunan qaydaların pozulması ilə müşaiyət olunan tədbir zamanı qeydə alınan videogörüntülərdə bir nəfərin kəmər ilə səhnəyə vurması da əks olunur. Həmin şəxs müəyyən edilərək saxlanılıb.
Bakı şəhər sakini olan Arif İbrahimov izahatında bildirib ki, o, kəməri insanlara deyil, yalnız səhnəyə vurub. Buna baxmayaraq, A.İbrahimov inzibati qaydada 15 sutka həbs olunub.
Hazırda hadisənin baş verdiyi obyektin məsul şəxsləri barədə araşdırmalar aparılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək".
-
Kriminal21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...














.jpg)















.jpg)
.jpg)

