Qırmızı.az
Şagirdlər Ali Hərbi Məktəbi ziyarət etdilər - VİDEO
Bakı şəhəri Yasamal rayonu Aslan Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbin şagirdləri Cəmşid Naxçıvanski adına hərbi liseyi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət ediblər.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərə xüsusi təyinatlı təhsil müəssisələrinin yaranma tarixi və fəaliyyəti barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qonaqlar hərbi liseyin və ali hərbi məktəbin ərazisi, əsgər yataqxanası və yeməkxana, tibb məntəqəsi, idman şəhərciyi və hamam-camaşırxana kompleksi ilə tanış olublar. Şagirdlərə hərbi kafedralarda döyüş texnikası, atıcı silahlar və onlardan istifadə qaydaları haqqında ətraflı məlumat verilib.
Hərbi təhsil ocaqlarında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar ziyarətçilərin böyük marağına səbəb olub.
Sonra məktəblilərin Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiyası təşkil edilib. Şagirdlər açıq səma altında müxtəlif qoşun növlərinə aid texnikalardan ibarət ekspozisiya ilə tanış olub, xatirə şəkli çəkdiriblər.
Silsilə tədbirlərin yekunu olaraq A.Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbdə "Vətən mənə oğul desə..." adlı ədəbi-bədii kompozisiya təqdim edilib.
Tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, Vətən müharibəsinin iştirakçıları, məktəbin müəllim və şagirdləri, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Çıxış edənlər bu cür tədbirlərin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində, orduya hazırlanmasında, hərbi biliklərə yiyələnməsində və onlarda hərbi peşələrə marağın oyadılmasında müstəsna əhəmiyyətindən danışıblar.
Məktəbin müəllim və şagirdləri tədbirin təşkilində göstərilən dəstəyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildiriblər. Sonda şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirilib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
