Qırmızı.az
Zəfər yolunun hədəfləri - Azərbaycançılıq
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının qərargahında “Mədəni inkişaf və dialoq” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Zəfər yolunun hədəfləri Azərbaycançılıq birliyi işığında” adlı layihə çərçivəsində növbəti seminarını keçirib.
Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə, fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov və başqaları 44 günlük Vətən müharibəsinin Azərbaycanda milli ideologiyanın, milli mənlik şüurunun formalaşmasındakı rolundan bəhs ediblər.
Qeyd olunub ki, Vətən müharibəsi həm də Azərbaycanda formalaşmış milli həmrəyliyin təcəssümü idi. Müharibədə dinindən, etnik mənsubiyyətindən, statusundan asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı eyni vətənpərvərlik və birlik içərisində Vətənimizin müdafiəsi, torpaqlarımızın düşmən tapdağından azad olması yolunda öz canlarını sipər etdilər, şəhidlik zirvəsinə ucaldılar, qazi və qəhrəman oldular. Vətən müharibəsi dünyaya Azərbaycan xalqının birliyini və qüdrətini nümayiş etdirdi.
Çıxışlardan sonra tədbirdə müzakirələr aparılıb.
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat











.jpg)





















