Qırmızı.az
“Ekoleks” Abşeronda bərk məişət tullantıları ilə bağlı layihə icra edir - FOTO
“Ekoleks” Ekoloji Hüquq Mərkəzi ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Abşeron yarımadasında bərk məişət tullantılarının idarə edilməsinin yaxşılaşdırılması ilə bağlı tövsiyələrin hazırlanması” 3 aylıq layihəsini icra edir.
Publika.az">Publika.az xəbər verir ki, layihənin məqsədi Abşeron yarımadasınınnümunəsində Azərbaycan respublikasında bərk məişət tullantılarının idarə olunması sahəsində mövcud vəziyyətin təhlil edilməsi, tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulması ilə əlaqədar tövsiyylərin hazırlanması yolu ilə bərk məişət tullantıları sahəsində siyasi qərarların qəbul edilməsində ictimai iştirakın artırılmasıdır.
Layihə ətraf mühitin mühafizəsi, resurslardan istifadənin səmərəliliyinin artırılmasını nəzərdən tutan mühüm məsələyə - bərk məişət tullantılarının idarə olunmasına həsr olunub.
Layihənin icrası zamanı əsasən Bakı şəhəri və Abşeron rayonları ərazisində ictimai fəal insanların İcazəsiz tullantı yerlərinə atılan tullantıların mənbəyi müəyyən edilməsi üçün ərazi icra nümayəndəlikləri, bələdiyyələr, ETSN-nin yerli qurumları ilə, zəruri olduqda tullantı yerlərinin yaxınlığında yaşayan insanlarla müsahibələr aparılmış, qanunsuz tullantı yerlərinin bir qismi müəyyən edilmiş və xəritələri hazırlanıb. Həmin ərazilərdə tullantıların atılması üçün istifadənin məhdudlaşdırılmasına qismən nail olunub.
Layihə çərçivəsində sosial şəbəkələr üzərindən “İcazəsiz tullantı izlə” kampaniyasına başlanıb. Bu kampaniya sosial şəbəkələrin müxtəlif siqmentlərində insanların sağlam ətraf mühitdə yaşamaq arzusunu ifadə etmək üçün göstərdiyi səylərin bir platformada birləşdirmək cəhdidir.
Bakı şəhərinin və Abşeronun rayonun nümunəsində bərk məişət tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin monitorinqi keçirilib, bərk məişət tullantılarının idarə olunmasının səmərəliliyinin artırılması, maarifləndirmə tədbirlərinin genişləndirilməsi, ixtisaslı kadrların hazırlanması ilə əlaqədar tövsiyyələrin hazırlanıb.
Layihə tərəfindən hazırlanacaq sənədlər həm bu sahənin mütəxəssisləri, dövlət, bələdiyyə və şirkət vəzifəli şəxsləri, həm də geniş ictimaiyyət, elm adamları üçün müəyyən məhsul olacaq.
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var












.jpg)





















.jpg)


