Qırmızı.az
May niyə uğursuzdur: bu ayda ailə quranlar bütün ömrü boyu...
May ayında "toy etmək, əylənmək, şənlənmək olmaz".
Axı niyə?! May ayı yazın ən gözəl dövrüdür, bu gözəl aya uğursuzluq damğası vurmaq yaza xəyanət deyilmi?! Bu inancı mənimsəyənlər səbəb kimi dini, tibbi faktorları əsas gətirirlər.
Lakin məsələ burasındadır ki, Azərbaycanda may ayında toy edilməməsi ənənəsi rusların Azərbaycana gəlişindən sonra başlayıb. Çünki ruslar, eləcə də mənfur qonşularımız olan ermənilər arasında bu ayın uğursuzluğu ilə bağlı mif var. Halbuki, statistikalara nəzər salsaq gerçəkliyin bu miflə tərs mütənasib olduğunu görərik. Moskvada aparılan araşdırma zamanı aydın olub ki, ruslar mayda digər aylarla müqayisədə daha çox ailə qurur. Erməni faktoruna gəldikdə isə düşmənlərimiz bu ayda özlərinin qondarma soyqırımı hadisələrinə 40 gün yas saxlayır ki, bu da aprelin 24-dən başlayaraq mayın 24-dək davam edir. Onlar hələ iyunun əvvəlindən 1-2 gün də daxil etməklə bu müddəti matəm kimi qeyd edirlər.
Mövzu ilə əlaqədar aparıcılarımız, jurnalistlər arasında sorğu keçirdik.
Publika.az sözügedən sorğunu təqdim edir:
Aparıcı Jalə Həsənli: "Siz bu sualı mənə verəndə düşündüm ki, bizim nəslimizdə bu stereotipi pozan olub?! Deyəsən, çoxu kimi bizdə də olmayıb. Yəqin ki, elə böyüklərimizin inanclarına görə. Nənəm deyirdi ki, maygülü çiçəyi mayda açıb, elə mayda da solduğuna görə insanlar fikirləşirdilər ki, bu ayda qurulan izdivacın ömrü elə o gül qədər az olur. Bir yerdə oxumuşdum ki, may ayında yağışlar çox yağdığına görə insanlar fikirləşirmiş ki, təbiətin ağladığı bir vaxtda gənclərin gülməsi qəbuledilməzdir, əgər bu ayda ailə qursan, bütün ömrün də göz yaşı içində keçər. Bir maraqlı inanc da var ki, əgər may ayında ailə qurursansa, övladın qış aylarında doğulacaq. Qədimdə insanlar düşünürmüş ki, qış ayında sağlam uşaq saxlamaq çox çətindir, hətta ölüm riski var. Elə ona görə də bu inancla mayda ailə qurmurmuşlar. Bir fikir də var ki, bu inanc Azərbaycanda yaşayan ermənilərin qondarma soyqırımılarına 40 gün yas saxlaması ilə əlaqədardır. Onlar həmin ayda yas tutar, toy etməz, edənlərə də bu izdivacın xeyirli olmayacağını, hətta övlad sahibi olmayacaqlarını deyərmişlər".
src="/storage/files/upload/9ae42145e004f4487c353cfac3cdfac706ce7ce8.jpg" style="width: 436px; height: 309.789px;" class="fr-fic fr-dib fr-fil">
J.Həsənli əlavə edib ki, sevginin ayı yoxdur: "Yazın ən gözəl aylarından hesab olunan mayda ailə qursan, bəlkə həyatın da yaz çiçəkləri qədər rəngarəng, al-əlvan olar. Əsas olan doğru insanı tapmaqdır. Ümumiyyətlə, nəyə inanırsansa, o da başına gəlir deyirlər. Cütlüklərimiz xüsusən də toy ərəfəsində həyatlarında hər şeyin gözəl olacağına inansınlar. Neqativi özlərindən uzaq tutub, xoşbəxt olsunlar".
src="/storage/files/upload/b8d157be5a84ab0bff374297cacb626671532292.jpg" style="width: 433px; height: 287.259px;" class="fr-fic fr-dib fr-fil">
İctimai Televiziyanın aparıcısı Ağa Nadirov: "Hər birimiz öz həyatımızda bizdən öncə olan batil inancları görüb-götürürük. Lakin may ayı ilə bağlı bu inanc bizim xalqımıza xas olan deyil. Bu, SSRİ dövründən qalan bir fikirdir ki, sən may ayında nə etsən, boşa gedəcək. Bunun da xalqımıza aid olmayan tarixə söykənən səbəbləri var. Fikrimcə, belə olan halda cəmiyyətimiz üçün bu adətin heç bir mənası olmamalıdır. Biz maydan bir qədər əvvəl Novruz bayramını qeyd edir, müxtəlif şənliklər keçiririk. Lakin bir az sonra təqvimə may ayı daxil olan kimi şənlikləri dayandırırıq ki, bunun düşər-düşməzi olar. Bunun isə həqiqətən məntiqi əsası yoxdur".
src="/storage/files/upload/4d28d0d73187bad6c5d73377ab9251c984cc32ca.jpg" style="width: 430px; height: 329.667px;" class="fr-fic fr-dib fr-fil">
Medianews.az saytının baş redaktoru, sənətşünas Xəyalə Rəis: "Özümü tanıyandan ailəmdə, çevrəmdə mayın uğursuz ay olduğu, bu ayda heç bir xeyir iş görülmədiyinin şahidi olmuşam. Amma yaşa dolduqca və özümü dərk etdikcə bunun yanlış bir düşüncə olduğunun fərqinə vardım. Çünki bu yanaşma keçmişin qalığıdır və alt qatında heç bir məna kəsb etmir. İqtisadçılar deyir, ola bilsin ki, may ayında məhsullar yeni çıxdığı üçün hər şey baha olur. Ona görə də may ayında toy etmirlər. Fikrimcə, məsələ bununla da bağlı deyil. Çünki may ayı baharın ikinci ayıdır və çox pozitiv, gözəl bir fəsil sayılır. Bu fəsildə təbiət oyanır, canlanma baş verir. Yeni həyata başlamaq üçün əslində ən gözəl fəsil sayılır. Hətta bir dəfə bu mövzu ilə bağlı araşdırma etdikdə öyrənmişdim ki, may ayı torpağın yenilənməsi, məhsuldarlıq ilahəsi olan Romanın adını daşıyır. May ayı təbiətin sürətlə çiçək açdığı, otların tez böyüdüyü, ağacların yarpaqladığı bir aydır, bu ayda insan niyə xoşbəxt olmamalıdır ki?!”
Jurnalist əlavə edib ki, xoşbəxtliyin aya, günə aidiyyəti yoxdur: “Keçmişdən günümüzə qədər gətirilən bu qəribə adətə əksəriyyət kortəbii şəkildə, bunun izahını bilmədən əməl edir. Açığı, heç İslam dinində də hansısa ayın ağır və ya yüngül olması ilə bağlı bir anlayış mövcud deyil. Uşaq yaddaşımla xatırlayıram ki, nənəm mənə belə izah etmişdi ki, may ayı yasəmən çiçəyinin mənasını verir - "ya sən, ya mən" deməkdir. Yəni həmin vaxt toy etsən, ya sən qalarsan, ya mən. Bir də deyirdi ki, mayda yağışlar çox yağır, təbiət ağlayır, təbiət ağlayanda şadlıq etmək olmaz. İndi isə bu düşüncələr mənə absurd və gülünc gəlir. Yəni indiki dövrdə bu cür inanclara əməl edən qalıbmı? Bu nə düşüncə, nə yanaşma tərzidir?! Bir həqiqət var ki, indiki dövrün uşaqları daha böyüklərin uydurduğu o nağıllarla böyümür. İndi yetişən uşaqlar özləri nağıllar söyləyir. Ona görə də may ayı inancı yalnız keçmiş düşüncə tərzi olan insanların beynində qalıb".
src="/storage/files/upload/76dc29e86e77673d2789677c97652643cb2d78c1.jpg" style="width: 443px; height: 342.558px;" class="fr-fic fr-dib fr-fil">
"Space" televiziyasının aparıcısı Nübar Əbil: "Batil, qəlibləşmiş, dildən-dilə deformasiyaya uğrayaraq gəlib çatmış fikirlərə inanmıram. Bu cür fikirlərin mənim üçün heç bir əsası olmayıb və sözügedən anlayışlara həyatımda yer yoxdur. Deyək ki, bu cür qəlibləşmiş fikirlər var və bu cür inancları olan cəmiyyətin bir fərdisiniz. Onda geriyə bir yol qalır. Psixologiyada da deyildiyi kimi, qorxularınızın üzərinə gedin. Bu zaman siz daha faydalı insan olarsınız. Düşünürəm ki, həyatda kifayət qədər təcrübəsi olan insanlar bu kimi qorxularının üzərinə getsə, həyatda fikir və düşüncələri ilə əlaqədar daha effektiv nəticələr əldə edər".
src="/storage/files/upload/5ed0f7d2433453bc49bf99fde1682a2658941e78.jpg" style="width: 355px; height: 456.767px;" class="fr-fic fr-dib fr-fil">
"Xəzər Xəbər"in aparıcısı Rüstəm İbadlı: "Bu ayda toy etmək olmaz kimi inanclar da var. Lakin mənim fikrimə görə, bu, absurd yanaşmadır. Bəlkə də may ayında havanın qeyri-stabil keçməsi insanları bu cür inanclara vadar edib. Çünki ayın özü də qərar verə bilmir ki, hansı tərəfdəndir, isti, yoxsa soyuq. Sırf buna görə bu aya bu cür yanaşmanı anlamaq olar. Lakin yekun nəticədə may boş aydır, bu ayda heç nə etmək olmaz fikrinin məntiqi əsası yoxdur".
src="/storage/files/upload/b556ceab491c757941ed45b454d969ec2bec50f1.jpg" style="width: 431px; height: 323.25px;" class="fr-fic fr-dib fr-fil">
ATV-nin aparıcısı Murad Əzimzadə: "Bəli, mayda toy etmək, şənlənmək olmaz kimi fikirlər var. Lakin mən mayın boş ay olması ilə əlaqədar fikirlə razı deyiləm. May yazın ən gözəl aylarındandır. Ona görə də maya boş ay demək yaza ədalətsizlik olar. Eyni zamanda adət-ənənələrə görə may ayının bu cür adlandırılmasının da səbəbləri var. Hər zaman may ayında qida məsullarında qıtlıq, bahalıq olub. Ona görə də keçmişdən may ayında toy edilməyib. Müəyyən qüvvələr isə bilərəkdən may ayında şənlənmək olmaz, toy etmək olmaz, boş aydır kimi fikirləri xalqımızın şüuraltına yerləşdirib. Bunun tarixi məqamlarına toxunmaq istəmirəm, düşünürəm ki, söhbətin nədən və kimdən getdiyi hər kəsə aydındır. Lakin istənilən halda mayda hər kəs iş-gücünü atıb evdə oturmalıdır, stop rejiminə keçməlidir fikri ilə qətiyyən razı deyiləm. May istər xoş gün keçirmək, istərsə də əylənmək nöqteyi-nəzərindən ideal aydır".
-
İKT23:00
Yeni dələduzluq növü yayılıb? - Polis XƏBƏRDARLIQ ETDİ
-
İdman22:36
“Qarabağ” “Bodo Qlimt” matçında ikinci qol - CANLI/YENİLƏNİR
-
Ekologiya20:00
Bayram günlərində hava necə olacaq? - PROQNOZ
-
Elm və təhsil19:00
Məktəblərdə payız tətili günlərinin tarixi AÇIQLANDI
-
Nida Xəbər 18:50
General-mayor ali hərbi rütbəsi verilən şəxslər kimlərdir? - DOSYE
-
Sosial17:48
General-mayor rütbəsi verilən polkovniklər kimlərdir?
-
Rəsmi xronika17:12
İlham Əliyev sərəncam imzaladı
-
Hadisə16:39
Prospektdə piyadanın səbəb olduğu dəhşətli qəzanın görüntüləri - VİDEO