Qırmızı.az
Lerik vətəndaşları qazın çəkilməsini xahiş etdi - FOTO
"Azəriqaz" vətəndaşların yerlərdə problemlərinin dinlənilməsinə və onların icrasına xidmət edən “Açıq mikrofon” aksiyası bu dəfə Lerik rayonunda baş tutub.
Publika.az xəbər verir ki, bu barədə Teleqraf.com-a İstehsalat Birliyindən məlumat verilib.
Aksiyaya rayonun müxtəlif kəndlərindən üz tutan 25-dək sakin qarşılaşdıqları çətinliklərdən söz açıblar. Əsasən kənd yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı müraciətlər rayonun Pirasora, Şinqəbula, Gürdəsər, Günəşli, Mololan, Lərmərud və digər kəndlərin sakinləri tərəfindən ünvanlanıb. Lerik şəhəri Həzi Aslanov küçəsində yaşayan Firudin Səfərov yaşadıqları küçənin qazlaşdırıldığını, lakin sonradan inşa edilən 5 fərdi yaşayış evində mavi yanacaqdan istifadənin qeyri-mümkün olduğunu bildirərək, həmin hissədə də küçə qaz xəttinin çəkilməsini xahiş edib.
Rayonun Məhləabad kənd sakini Asif Hüseynov və Kəlbəz kənd sakini Habil Quluzadə yaşadıqları ünvanın qarşısından keçən qaz xəttinin onlara mane olduğunu qeyd edərək, qaz xəttinin yerinin dəyişdirilməsini xahiş ediblər. Birliyin rəhbər şəxsləri daxil olan hər bir müraciətlə bağlı ətraflı izahatlar veriblər. Sakinlərə ünvanlanan hər müraciətin araşdırılması, lazımi tədbirlərin görüləcəyi ilə bağlı məlumat verilib.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi













.jpg)


















.jpg)

.jpg)
