Qırmızı.az
Azərbaycanda əhalinin artım səviyyəsi niyə aşağı düşüb? - SƏBƏBLƏR
6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;
Son zamanlar Azərbaycan xalqının artım səviyyəsi bir qədər aşağı düşüb. Bunun səbəbi nədir, əhalinin artım tempinə mənfi təsir göstərən amillər hansılardır?
Bununla bağlı Publika.az-a danışan sosioloq Leyla Mehralı qeyd edib ki, bahalaşma artdığı üçün insanlar çoxuşaqlılıqdan çəkinir: “Ümumiyyətlə, sosial-iqtisadi tənəzzül və digər çətinliklər əhalinin artım prosesinə mane olur. Vətəndaşlar dünyaya uşaq gətirmək, onların problemləri ilə maşğul olmaqdan çəkinirlər. Bizim kimi müsəlman ölkələrində belə bir vəziyyət müşahidə edilirsə, deməli, məsələnin arealı həqiqətən böyükdür. Artıq cəmiyyətdə iki və ya üçuşaqlı olan ailələr də çoxuşaqlı hesab edilir. Azərbaycanda cırtdan ailə modeli formalaşmağa başlayıb. Bahalaşma fonunda insanları da qınamaq olmur. Belə bir şəraitdə çox uşaq dünyaya gətirmək özü insanlar üçün bir problemdir”.
O qeyd edir ki, əhalinin artım məsələsi fonunda dövlət uşaqpulu məsələsinə xüsusi diqqət yetirməlidir: “Azərbaycanda əhalinin artım faizinin yüksək olması üçün ilk olaraq uşaqpulu artırılmalıdır. Dövlət büdcəmiz bunu edə biləcək gücdədir. Əgər ölkəmiz 18 yaşına qədər olan uşaqlara pul ödəyə bilməyəcəksə, müəyyən bir yaş aralığı təyin olunmalıdır. Ən azından doğulduqdan müəyyən bir yaşa qədər ailələr uşaqpulu ilə təmin olunmalıdır. Burada böyük məbləğlərdən söhbət getmir, simvolik olan rəqəmlərdən bəhs olunur. Qeyd olunan məsələ əhalinin artımına müsbət təsir edə bilər. Ümumi olaraq sosial layihələr keçirməklə çoxuşaqlı ailələrə dəstək vermək mümkündür. Əhali artımının aşağı düşməsinin əsas səbəblərindən biri də müharibədir. Çünki döyüş zamanı insanlar həyatını itirir və bu da artıma təsir edir. Unutmamaq lazımdır ki, Azərbaycan 44 günlük müharibədə 3000 şəhid verərək qalib gəldi. Yəni bütün bu olanlar əhali artımın aşağı düşməsinə təsir edən amillərdir. Pandemiya şəraiti də Azərbaycan xalqının sayının çoxalmasına problem yaradıb. Son zamanlar bir ailədə 6 uşağın olmasına nadir hallarda rast gəlinir. Ən azından hazırkı vəziyyətə görə 3 uşağı olanlar çoxuşaqlı ailə kimi qəbul olunub müavinət alsınlar”.
Sosioloq Əhməd Qəşəmoğlu söyləyir ki, əhali artımının aşağı düşməsi ilə bağlı beynəlxalq təşkilatlar işlər görür: “Dünya üzərində beynəlxalq insitutlar çalışırlar ki, hər ölkədə əhalinin sayı aşağı düşsün. BMT kimi təşkilatlar bunun qarşısını humanist yollarla almağa çalışır. Yəni ahali artımın sürətlə aşağı düşməsi 40 ilə yaxındır ki, beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Hesablamalara görə dünya üzərində əhalinin sayı sürətlə artır və resurslar insanları təmin edə bilməyəcək. Hətta 1994-cü ildə Qahirə şəhərində BMT-nin sammiti keçirildə və mən də orada idim. Orada da bu məsələlər müzakirə olunurdu. O zamanda adı çəkilən təşkilatın üzvləri söyləyirdi ki, insanların artımı elə bir səviyyədə olmalıdır ki, uşaqlar keyfiyyətli bir şəkildə böyüsün”.
“Azərbaycanda isə əhali artımın aşağı düşməsi ailə vəziyyəti ilə bağlıdır. Statistikaya görə, hər 100 ailədən 32-si boşanır. Buradan belə nəticə çıxır ki, bir çox ailələrin daxilində gərginlik mövcuddur. Belə bir mühit olduqda fərdlər çox uşağın dünyaya gəlməsini istəmirlər. Əgər hər 100 ailədən 32-si boşanıbsa, deməli, qalanlarının aralarında da ayrılmaq haqqında düşünür. İqtisadi vəziyyətin bu məsələyə həlledici təsirinin olduğu real deyil. Çünki 50-60 il bundan əvvəlki iqtisadi vəziyyət indikindən pis olub, ancaq əhali artımı yüksək səviyyədə idi. Qeyd etmək lazımdır ki, təhsilində bu məsələdə rolu var. Ali təhsili olan xanımlar adətən çox uşağının olmasını istəmir. Biz elə bir cəmiyyət qurmalıyıq ki, hər ailədə orta hesabla ən azı 3 uşaq olsun. Çünki belə olduğu halda ölkəmizin demoqrafik səviyyəsi tənzimlənəcək və keyfiyyətli yeni nəsil yaranacaq. Ancaq çox təəssüf ki, bu istiqamətdə işlər görülmür”, - deyə o bildirib.
Rahib Ələsgərov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə hazırlanıb.
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...