Qırmızı.az
Abşeronda vətəndaş qəbulları keçirildi - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Abşeron rayonunda silsilə vətəndaş qəbulları keçirilib.
Publika.az xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan ənənəvi vətəndaş qəbulunda RİH başçısı Abdin Fərzəliyev, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak edib.
Sakinlər rayon ərazisində parkın salınmasında, stadionun tikintisində, sənədsiz torpaq sahələrinin sənədləşdirilməsində, şəhid ailələrinə mənzillərin daha tez verilməsində, işlə təmin olunmada və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.
Növbəti gün isə Mehdiabad qəsəbəsində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin sakinlərlə səyyar-qəbulu keçirilib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri və qəsəbə sakinləri iştirak edib. İştirakçılar əvvəlcə qəsəbədəki Şəhidlər xiyabanını ziyarət edərək abidənin önünə gül dəstələri düzüb, şəhidlərimizin əziz xatirəsini yad ediblər.
Səyyar qəbulda çıxış edən Abdin Fərzəliyev Abşeron rayonunda bir sıra böyük layihələrin icra olunduğunu, lakin əhalinin sürətli artımı səbəbindən təhsil, səhiyyə və bir sıra xidmət sahələrində yeni təlabatların meydana çıxdığını bildirib. Rayonun bütün kənd və qəsəbələrinin problemlərinin öyrənildiyini, infrastruktur problemlərinin bütün rayon ərazisində eyni olduğunu qeyd edən RİH başçısı onların qısa zamanda həllinə nail olmaq məqsədi ilə layihələrin hazırlandığını vurğulayıb.
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində xalqımızın əldə etdiyi qələbədən danışılaraq bildirilib ki, hazırda işğaldan azad edilən torpaqlarda böyük quruculuq-abadlıq işləri həyata keçirilir və artıq ötən qısa müddət ərzində kəndlərimiz və rayonlarımız bərpa olunub.
Sonra Mehdiabad qəsəbə sakinləri çıxış edərək 1 saylı orta məktəbin əsaslı təmir olunmasında, yeni məktəb və bağça binalarının inşa edilməsində, kanalizasiya xəttinin çəkilməsində, yeni marşrut xətlərinin açılmasında, mövcudlarının isə qət etdikləri məsafənin artırılmasında və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.
Qəbullarda sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi







.jpg)

























.jpg)

.jpg)