Qırmızı.az
Su təsərrüfatı və meliorasiya işçiləri günü... - FOTO
Prezident İlham Əliyevin 14 may 2014-cü il tarixdə imzaladığı sərəncamla iyun ayının 5-i “Su təsərrüfatı və meliorasiya işçiləri günü” kimi təsis edilib və hər il bu tarix su təsərrüfatı işçilərinin peşə bayramı kimi qeyd olunur.
Publika.az xəbər verir ki, “Su təsərrüfatı və meliorasiya işçiləri günü” ərəfəsində “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov, hər iki təşkilatın kollektivi Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb. Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsi yad edilib.
“Su təsərrüfatı və meliorasiya işçiləri günü” münasibətilə “Azərsu” ASC-nin “+ 82 Qərb” su anbarının üzərində salınmış “Yasamal” Parkında gənc rəssamların su mövzusunda əsərlərindən ibarət sərgi keçirilib. Sərgidə iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri, suya qənaət və sudan səmərəli istifadəni təbliğ edən əsərlər nümayiş etdirilib. “+ 82 Qərb” su anbarına və sərgiyə baxış keçirən “Azərsu” ASC, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi gənc rəssamlara yaradıcılıq uğurları arzulayıb.
-
İdman22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Hadisə21:39Azərbaycanlıların da olduğu gəmi vuruldu
-
Region21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?
-
Ekologiya18:20İlin son Günəş tutulması baş verəcək
-
Nida Xəbər 16:55Baş nazir qərar imzaladı
-
Dünya16:37Vardanyanın dostu olan yazıçını Bakıya kim dəvət edib? - Kitabını çap edən nəşriyyatdan cavab gəldi























.jpg)
.jpg)







