Qırmızı.az
Qərb Universitetinin qarşısında hərəmxana...
Sabir necə deyirdi: “Bu çərxi-fələk tərsinə dövran edir indi”. İndi şairin daş heykəlinin qulaqları eşitsəydi yenə də həmin misraları bizə hayqıracaqdı. Ancaq biz eşitməyəcəkdik. Çünki filarmoniyanın həyətindki “Uffo” restoranından gələn bayağı musiqi imkan verməyəcəkdi. Ona görə də qoca Sabir heç yerindən durmasa da çarxı fələyin indi də tərsinə dövran etdiyini bilir.
Başlayaq elə filarmoniya sözündən. Nədir, filarmoniya? Musiqi sevgisi... Bir mənası da var, musiqi dinlənilən yer deməkdir. Filarmoniya orkestri ilə simfonik orkestr arasında bir fərq də var, onu sonra deyəcəm. Amma filarmoniyanın direktoru Murad Adıgözəlzadənin musiqi sevgisi çoxdan pul hərisliyinə çevrilibdir. Pul hərisliyi də musiqi dinlənilən yeri striptiz bara çeviribdir.
İndi özünü elitadan sayanlar xalqın qulaq asdığı Üzeyirə lağ edir. Ancaq əlinə imkan düşən kimi filarmoniyanın çevirir ərəb turistlərinin eyş-işrət yerinə...Bilmirəm, sizin yolunuz axşam tərəfləri ordan keçibmi? Görün o “Qubernator” parkının ən uzaq guşəsində belə sakit bir yer tapa bilərsinizmi? Musiqi qulağınızı deşir. Murad Adıgözəlzadənin babası İmran Qasımov “Uzaq sahillərdə”ni yazmaqla bizə nəvəsinin əlindən uzağa qaçmağı məsləhət görürdü? İndi Mixaylo olub partizanlıq edək?
Bütün bu vandalizm Prezident Adminstrasiyasının yüz metrliyində baş verir. Bu tərəfi də Qərb Universitetidir. Qərb Universiteti ilə üzbəüz Şərq hərəmxanası. Dəhşətli mənzərə deyilmi? Murad Adıgözəlzadə üçün deyil. Bəs onun sürdüyü Bentley, BMW, Lexus-ların pulu hardan gəlir? Maaşı 1500 manat olan məmurda bu qədər pul hardandır?
Bu yaxınlarda görkəmli türk pianoçusu Fazil Say Bakıda konsert verdi. O təkcə görkəmli pianoçu və bəstəkar deyil. Eyni zamanda ictimai fikir lideridir. Tez-tez bayağı musiqilər haqqında danışır, xalqının musiqi zövqünü qoruyur. Bizim manıs isə dövlətin filarmoniyasını alverə çeviribdir. Sabah qoluna qandal vurulanda Avropada deyəcəklər ki, bəs pianoçunu qandalladılar. Day onlara başa salan olmayaca ki, bu virtuoz yox odiozdur, ərəbcə desək yaradıcı şəxs deyil, yaramaz şəxsdir.
O, təkcə odioz deyil, həm də Salyeri xislətli odiozdur. Parlaq istedada malik Murad Hüseynovun qarşısını hər vəchlə almasını başqa necə adlandırmaq olar?
Bayaq dedim ki, filarmoniya orkestri ilə simfonik orkestrin fərqini deyəcəm. İndi deyirəm. Fərqi budur ki, simfonik orkestrləri dövlətlər, qurumlar maliyyələşdirir. Filarmoniya orkestrini isə ayrı-ayrı adamlar. Ancaq görünür Murad müəllim bu söhbəti belə başa düşüb ki, filarmoniya onu maliyyələşdirməlidir. Nazirin də eyni mühakimə yürütdüyü məlumdur.
Orkestr demişkən, Filarmoniyanın simfonik orkestrini Üzeyir bəy yaradıb və indi orkestr Üzeyir bəyin adını daşıyır.Yolun o tərəfində də dünənə qədər Üzeyir bəyin güllələnmiş heykəli dayanmışdı. Adam heç olmasa Üzeyirdən utanar... Ya da ada qırx ilə yaxın simfonik orkestrin bədii rəhbəri və baş dirijoru olan Niyazidən utanar.
Bilənlər bilir, filarmoniya inqilabdan qabaq Bakı milyonçularının əyləncə yeri idi. Sovet hökuməti onu alıb verdi xalqa. Dövlətimiz də filarmoniyada yüzlərə adama maaş verir ki, musiqi ölməsin, “astanofka” mahnıları hər yeri bürüməsin, incə zövqə malik insanlar gəlib musiqi dinləsinlər, onlar üçün də bir məkan olsun. Daha dövlət demir ki, ərəb turistləri üçün diringəxana açasan...
Üstəlik, mətbuat yazandan sonra belə diringəxana bağlanmışdı. Bir az ara verib yenidən açdılar. Ancaq mətbuat ikinci dəfə yazandan sonra bağlanır... Görəsən, yenidən açacaqlarmı?
Yeri gəlmişkən, həmin o diringə görüntülər də Murad Adıgözəlzadənin özündən məşhur xanımı Aysel Teymurzadənin ad günündən idi. Xanımın 33 yaşı olurdu. Və başqa yerə xeyir verməmək üçün məclisi də bura salmışdılar. Oxumuş adam başqadı. Görün, necə fikirləşib...
Amma nəzərdən qaçırdığı Prezident Adminstrasiyasının qarşısında keçirilən bu mərasimin filarmoniya,dövlət qulluqçusuna, dövlətə, dövlətçiliyə hörmətsizlik olmasıdır. Onun gözü heç ayağının altını da görmür.
Bizim bəxtimiz belədir də. Camaatın Motsartı var, bizim Muradımız. O Harun ər Rəşidə bax, bizə gələnə bax.
Araşın sözü olmasım, canım ay Beko...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI