Qırmızı.az
ATU-dan tələbələrə QEYRİ-ADİ QADAĞA: Bunu görməzdən gələ bilmərik... - VİDEO
Video əlavə olunub.
xxx
“İctimai qaydalara uyğun olaraq, Əsaslı kitabxanaya qısa şalvarda (şortikdə), maykada gəlmək qəti qadağandır”.
Publika.az xəbər verir ki, bu elan Azərbaycan Tibb Universitetinin (ATU) kitabxanasının girişində yerləşdirilib.
src="/storage/files/upload/75b68939c6fb6a260a4e3e06443f5531229e6e64.jpg" style="width: 341px; height: 315.993px;" class="fr-fic fr-dib fr-fil">
Sözügedən elan sosial şəbəkə istifadəçiləri, xüsusilə də gənclər tərəfindən birmənalı qarşılanmayıb.
Onlar “Başımızı da örtüb gələk”, “Tibb Universitetinin kitabxanası “qısa şalvara” önəm verdiyi qədər kitablarına da önəm verərdi”, “Verdikləri təhsildən utanmırlar, şortik-maykadan utanırlar”, “Ümid edirik, bu qadağaya uyğun içəridə fasiləsiz işləyən kondisioner var”, “Şortikdə oxunan kitab beyinə yerləşmir?”, “Belə məsələlərə baş yormaqdansa, təhsil sistemini düzəldin” və s. tipli qınaq kontekstli rəylər yazıblar, ATU-ya xarici universitetləri nümunə göstəriblər. Bununla yanaşı, bu addımı müsbət qiymətləndirənlər də var.
Məsələ ilə bağlı Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat katibi Günel Aslanova Publika.az-a bildirib ki, burada qeyri-adi hal yoxdur və bu, cəmiyyətin etik qaydalarına dəvətdir: “Hətta ictimai yerlərdə belə geyim qaydalarına uyğun olan normativlər var. Bura da təhsil müəssisəsidir, daxili nizam-intizam qaydalarımız var. Bu qaydalara uyğun olaraq müəyyən məsələlərin tənzimlənməsi normal haldır. Biz bu məsələyə də tələbələrin dərsə davamiyyəti kimi baxırıq. Dünyanın ən demokratik hesab olunan dövlətlərində belə ictimai məkanlarda, iş yerlərində, o cümlədən təhsil müəssisələrində müəyyən dres-kodlara əməl olunur, normativlər var. Belə bir məşhur deyim var, “bir insanın azadlığı digərinin hüquqları başlayan yerə qədərdir”. Yəni kiminsə hansısa geyimi özü üçün məqbul hesab etməsi digərinin etirazı ilə normal yanaşma həddinə qədərdir. Bir tələbənin tərzinə digər tələbənin etirazı ola bilər, biz bir tələbə istədiyi kimi geyinsin deyə digərlərinin də mövqeyini görməzdən gələ bilmərik. Çünki bura bir təhsil müəssisəsidir”.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
































.jpg)

.jpg)