Qırmızı.az
ATU-da şortik qadağası: tələbələr üstdən ağ xalat geyinir...
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Tibb Universitetində (ATU) geyim qadağasının tətbiq olunması ilə bağlı foto yayılıb. Elanda tələbələrin universitetin kitabxanasına mayka və şortikdə gəlməsinin qadağan olduğu qeyd edilir. Universitetdən də bu fakt təsdiq olunub: “Tamamilə etikdir, cəmiyyət qaydalarına dəvətdir. Hətta ictimai yerlərdə də geyim normativ qaydaları var. Bura təhsil müəssisəsidir, daxili nizam-intizam qaydaları var. Bu qaydalara uyğun olaraq müəyyən məsələlərin tənzimlənməsi normal haldır”.
Sözsüz ki, bu qadağaya yanaşma birmənalı deyil.
Publika.az mövzu ilə əlaqədar millət vəkili və təhsil ekspertinin fikirlərini öyrənib.
src="/storage/files/upload/fd3fd3d5fb219f072f8a98060d5dc5c667e0753d.gif" style="width: 415px; height: 276.667px;" class="fr-fic fr-dib fr-fil">
Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Etibar Əliyev deyib ki, Tibb Universitetində geyim simvolik xarakter daşıyır: “Çünki tələbələr dərslərdə ağ xalatda əyləşirlər. Bu da təbii haldır. Tibb insan sağlamlığı ilə bağlı xüsusi bir sahədir. Tələbələrə hansısa bir geyimlə bağlı qadağa qoyulması kimi məsələlər universitetin daxili işidir.Lakin yaxşı olar ki, tələbələr dərsə necə ağ xalatda gəlirlərsə, kitabxanaya da o cür gəlsinlər. Geyimi tez-tez dəyişməyin nə mənası var?! Bu gün universitetlərin əsas özəyi sayılan kitabxanalara laqeyd münasibət var. Bizlər sanki kitabxananı universitetlərin ən axırıncı strukturu hesab edirik. Lakin xeyr, heç də elə deyil. Tələbə dialoqları, tələbələrin bilik qazanmaları kitabxanadakı vərdişlərdən yaranır. Əgər yeni resurs varsa, bütün tələbələr kitabxananın bu resurslarından istifadə etməlidir. Burada xoşagəlməz bir fakt da ondan ibarətdir ki, universitet kitabxanaları illərdir yenilənmir. Yenilənmədiyinə görə də tələbələrdə kitabxanaya qarşı laqeydlik yaranır. Universitet rektorları kitabı tanımalıdır. Əgər rektor dərslikdən xəbərsizdirsə, bu, onun ən çatışmayan cəhətlərindən biridir. Bu yaxınlarda bir universitetə getmişdim. Gördüm ki, universitetin rektorunun kitabdan xəbəri yoxdur. Öz ixtisası da daxil olmaqla hansı yeni dərsliklər çıxıb, bilmir. Kataloqdan istifadə, köhnə kitablarla davranış qaydaları ilə bağlı məsələlərə həddən çox laqeyd olduğunu müşahidə etdim. Əgər rektor belədirsə, tələbə neyləsin?!”.
src="/storage/files/upload/00b163c80c07f4031a99d9b54c07cd81ec350b30.jpg" style="width: 418px; height: 262.613px;" class="fr-fic fr-dib fr-fil">
Təhsil eksperti Kamran Əsədov qeyd edib ki, Təhsil haqqında qanuna görə orta məktəblərdə ümumi şagird geyimi var: “Ancaq bundan əlavə də qız uşaqları saçlarına ağ bant vurmalı, oğlanlar isə saçlarını tez-tez qırxdırmalıdır. Qızımın saçını hörməsəm, məktəbə getmək istəmir, deyir müəllimlər danlayırlar. Ali məktəblərdə isə geyim normaları və konkret standartlar yoxdur. Orta məktəblərdə olduğu kimi ali məktəblərdə ümumi geyim forması tələb etmək mümkün deyil. Bu, yalnız xüsusi təyinatlı, hərbi təhsildə ola bilər. Buna baxmayaraq, tələbələr də çalışmalıdır ki, ətrafdakı insanlara, mühitə, yoldaşlarına pis təsir edən formada universitetə gəlməsin. Məsələn, çılpaq formada geyinib, dərsdə oturmasınlar. Digər tərəfdən, uzun, ya qısa şortikdə, saqqallı, saçı uzun, ya da tam qırxılı şəkildə universitetə gəlmək hər kəsin şəxsi işidir. Amma dərsə normadan kənar geyinib gələn tələbənin fikri dərsdən yayındığı üçün o, digərlərinin də fikrinin yayınmasına zəmin yaratmış olur. Belə halda, universitet elm ocağından daha çox bayağı bir məkana dönür. Əlbəttə, bu məsələdə ciddi olmaq lazımdır. Universitet tələbələri səliqəli geyinməli, normal geyim mədəniyyətini gözləməlidirlər. Tələbə təhsil aldığı üçün universitetə təhsil haqqı ödəyir. Heç bir halda onunla imzalanmış müqavilədə göstərilməyib ki, tələbə hansısa formada universitetə qəbul olunmalıdır. Dikdaban ayaqqabı ilə təhsil prosesində iştirak etməmək tələbi absurd məsələdir. Bu, tələbələrin təhsil hüququnun tapdalanması kimi qiymətləndirilə bilər.
Amma hər bir şəxs – tələbə, müəllim geyimində məsuliyyət hiss etməlidir. Tələbənin tələbə, müəllimin müəllim geyimi olmalıdır. Əks təqdirdə müəyyən problemlər yarana bilər. Bu baxımdan, birdən-birə qadağalar qoymaq da düzgün deyil. Əvvəla, tələbələrin bir çoxu evdən aldığı pulu toplayıb bir paltar alır. Və bu adam dərsə gəldiyi zaman qadağalarla qarşılaşanda başqa paltar almağa pulu çatmır. Əgər geyimlə bağlı tələblər qoyulacaqsa, ən azı yarım il öncədən bu yöndə universitetdə işlər aparılmalıdır. İnsanlar həm mənəvi-psixoloji, həm də maddi cəhətdən buna hazır olmalıdırlar. Yəni, sərt qərarlar qəbul etməyi doğru hesab etmirəm. Amma tədris müəssisəsi üçün bir mühit vacibdir. Çünki hər bir insanın davranışını formalaşdıran üç əsas amil var: “Mühit, aldığı informasiyalar və üstünlük verdiyi dəyərlər”. Əgər gənclər tələbədirsə, onların həyatında təhsil aparıcı rol oynamalıdır. Qalan məsələlər tədris prosesindən kənardır. Ona görə də insanları tədrisə, təhsilə yönləndirə bilən mühit önəmlidir. Bir-birilərilə geyimlə yarışmaq, dəblə ayaqlaşmaq və.s. kimi amillər tələbələrin psixologiyasında mənfi rol oynayır və təhsil prosesinə neqativ təsir edir. Bu baxımdan prinsip etibarilə, ali məktəblərdə təhsil mühitinin yaranmasını vacib hesab edirəm.
Hesab edirəm ki, “Müəllim və tələbələrin etik davranış qaydaları" hazırlanmalıdır. Orada müəllimlərin, tələbələrin geyimi, saqqal saxlaması, telefonla bağlı məsələlər əks olunmalıdır. Müəllim və tələbələr üçün xüsusi geyim olmasa da, bəzi tənzimləmələr yer almalıdır.
"Bəzən universitetlər daxili qaydalarına istinad edərək tələbələrin hüquqlarını pozurlar. Onların bu cür hərəkətləri Təhsil haqqında qanuna ziddir. Ali təhsil müəssisələrinin tələbələrin saç-saqqal saxlamasına müdaxiləsi doğru deyil. Hər bir tələbənin geyimi, saç-saqqalı onun özünün seçimidir. Düzdür, hər bir universitetin nizamnaməsinin 1.7-ci bəndinə əsasən, universitetdə təhsil alanların geyim formasını Elmi Şuranın qərarı ilə müəyyən etmək hüququ vardır. Amma geyim forması müəyyən olunarkən təhsil alanların mülki hüquqları, təhsil almaq hüquqları tapdanmamalıdır. Eyni zamanda ali məktəblərin daxilində təhsil alan və təhsil verənlərin münasibətləri Təhsilalanların daxili intizam Qaydaları ilə tənzimlənir. Yəni universitetlər daxili işlərində müstəqildirlər, amma bu zaman qanunvericilik aktlarına əmək etməyə borcludurlar. Bəli. Amma onların hüquqlarını tapdamamaq şərti ilə. Yəni qadağalar təhsilin inkişafı üçün, onun keyfiyyətinin yüksəldilməsi üçün olmalıdır və bu, əsaslandırılmalıdır. Nəzəriyyə ilə yox.
Əgər bu məsələ ilə bağlı Təhsil qanununda heç nə qeyd edilməyibsə, bu o demək deyil ki, universitetlər daxili qaydaları ilə məsələni istədikləri kimi tənzimləyə bilər. Bu hal tələbələrin hüquqlarını pozmaqla bərabər, Təhsil haqqında qanunun demədiyi sözü deyir. Dolayısı ilə, qanundan kənar addım atılır. Oksford Universiteti haqqında maraqlı bir yazı oxumuşdum. Orada qeyd olunurdu ki, universitetə kənardan baxanda tələbələrin əksəriyyətini oxşar geyimdə görürsən. Hətta onların davranışı belə bir-birinə bənzəyir. Standart tələbə davranışı, imici, geyimi, çantaları var. Bizdə isə xaotik vəziyyət hökm sürür. Saqqal saxlamaq, xoşagəlməz geyimlər geyinmək intizamsızlıq əlamətidir. Hesab edirəm ki, bizə tələbənin forması deyil, məzmunu lazımdır. Forma isə məzmuna çox cüzi, üstəlik, uzun müddətdən sonra təsir edə bilər. Biz də cəmiyyət olaraq, formaca avropalıyıq, düşüncəmiz isə hələ də şərqli təfəkkürüdür. Tələbələrin saqqal saxlaması, geyimi, davranışı kimi məsələlərdə optimal variantı tapmaq üçün sosioloji tədqiqat aparmaq vacibdir. Tək tələbələrin deyil, əhalinin də fikrini öyrənmək lazımdır”.
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz