Qırmızı.az
“Kaspi” şəhid övladından “təhsil haqqı” tələb edildiyini təkzib edir
Kaspi Təhsil Şirkətinin şəhid kapitan Elçin İsmayılovun kiçik oğlundan təhsil haqqını (2800 AZN) tələb etməsi ciddi etirazlara səbəb oldu. Məsələ ictimaiyyətləşəndən sonra şirkətin şəhidin həyat yoldaşına zəng edərək, “biz heç kimə pulsuz təhsil verə bilmərik” dediyi haqda məlumatlar yayılıb. Kaspi Təhsil Şirkəti isə bu məlumatları təkzib edir.
Şirkətdən Publika.az-a daxil olan təkzib mətnində məlumatların əsassız olduğu qeyd olunur.
“Hazırda şəhid kapitan Elçin İsmayılovun böyük övladı Ömər İsmayılzadə Kaspi Liseyi Bakıxanov Filialının 2-ci sinfində təhsil alır. “Yaşat” Fondu ilə Kaspi Təhsil Şirkəti arasında olan razılaşmaya əsasən Ö.İsmayılzadənin təhsil haqqının 100 faizi Kaspi Təhsil Şirkəti və “Yaşat” Fondu tərəfindən qarşılanır”, - şirkətin məklumatında bildirilir.
Bununla yanaşı, Kaspi Təhsil müəssisələrində 26 şəhid övladının təhsil haqqının 100 faizi Kaspi Təhsil Şirkəti tərəfindən qarşılandığı, 9 şəhid övladının təhsil haqqının isə Kaspi Təhsil Şirkətinin “Yaşat” Fondu ilə birgə əməkdaşlığına əsasən ödənildiyi vurğulanır.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
