Qırmızı.az
Alimləri "Şuşaya aparan" Əlvan Cəfərov danışdı: "Pullar qaytarılacaq"
Şuşada elmi konfrans adı ilə yüzlərlə alimi aldatdığı bildirilən “İKSAD Azərbaycan”ın baş koordinatoru Əlvan Cəfərov haqqında yayılan məlumatlara münasibət bildirib.
Publika.az">Publika.az Teleqraf.com-a istinala xəbər verir ki, o, İKSAD və AMEA-nın bir çox beynəlxalq konfranslar keçirdiyini xatrıladıb:
“Qarabağ konfransları da 3-cü idi. 20 may 2022-ci ildə alimlərin Şuşaya getməsinə icazə verilib. 6 iyunda AMEA-nın Rəyasət heyəti aidiyyəti qurumlara rəsmi şəkildə məktubla müraciət edərək konfrans iştirakçılarının Şuşaya ekskursiya etmək arzularını bildirib və razılıq alıb. Konfransa 1000-ə yaxın müraciət olunub, 646 müraciət qəbul edilib. Bu iştirakçılardan isə 470 nəfər alim-məruzəçi Şuşaya getmək arzusunu bildirib və müvafiq qeydiyyatdan keçiblər. Bunlardan bir neçə nəfəri Türkiyə və Naxçıvandan Bakı şəhərinə gəlmək üçün təyyarə biletlərini alıb, bəziləri artıq gəlib”.
Onun sözlərinə görə, iyun ayının 6-da Elmlər Akademiyası Rəyasət Heyətinə zəng edilərək bildirilib ki, 470 nəfər konfrans iştirakçısından cəmi 100 nəfərin Şuşaya getməsinə icazə verilir:
"Dedilər ki, 100 nəfər seçib siyahını bizə göndərin. Təşkilat komitəsi siyahını hazırlayıb mənə göndərib. Mən də 7 iyun gecə saat 21:00-da portala daxil edilməsi üçün müvafiq qurumlara vermişəm. Mənim bu seçimdə heç bir hüququm olmayıb, sadəcə texniki işləri etmişəm. Nəticə haqlı olaraq insanlarda narazılıq yaradıb. Burada heç bir aldatma olmayıb. Rəsmi yazışmalar, sənədlər hamısı durur. Konfransların rəsmi şəkildə, qanun çərçivəsində keçirilməsi də sənədlərdə öz əksini tapıb”.
Ə.Cəfərov səfərə gedə bilməyənlərin ödənişlərinin qaytarılmayacağı ilə bağlı məsələyə də aydınlıq gətirib:
“Səfərə gedə bilməyən hər kəsin ödənişi geri qaytarılır və bu, davamlı icra olunacaq. İnsanları səbrli olmağa çağırıram”.
-
Region02:19ABŞ dronlarla hücuma keçdi? - Qeşm adasında partlayış səsləri eşidildi
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə2 Noyabr 18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 2 Noyabr 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması












.webp)
















.jpg)
.jpg)


