Qırmızı.az
Tanınmış quş əti markaları saxtalaşdırıldı - İstehlakçılara xəbərdarlıq
Son vaxtlar Azərbaycanda bir sıra xırda istehsalçıların, yaxud idxalçıların müxtəlif vaxtlarda tanınmış quş əti istehsalçılarının əmtəə nişanlarından qanunsuz istifadəsi halları artmaqdadır. Bu günlərdə “Siyəzən Broyler”in məhsulu adı altında toyuq ətinin qanunsuz satışı həyata keçirilir.
Publika.az">Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası açıqlayıb.
Bir müddət əvvəl Assosiasiya nümayəndələri Bakıda və ölkənin digər ərazilərində fəaliyyət göstərən bazarlarda başqa ölkələrdən idxal olunan keyfiyyətsiz toyuq ətinin “Siyəzən”, “Şəfa”, “Səba” adı altında satıldığını aşkarlayaraq müvafiq orqanları məlumatlandırıb və qarşısının alınmasına nail olub.
Bu günlərdə isə cənub bölgəsində yerləşən çoxsaylı marketlərdə kütləvi şəkildə “Siyəzən Broyler”in əmtəə nişanından qanunsuz istifadə halı aşkarlanıb. Lənkəran rayonu Vilvan kəndindəki “Limon market”, Liman qəsəbəsində yerləşən “Rəhimli Market”, Avrora kəndində “Həsən market” və digər marketlərdə kütləvi şəkildə “Siyəzən Broyler”in məhsulu adı altında toyuq ətinin satışı həyata keçirilir. Bu marketlərin heç birinə “Siyəzən Broyler” ASC tərəfindən məhsul verilmir, onlarla hər hansı ticari müqavilə bağlanmayıb. ASC-nin nümayəndələri saxta məhsulların satıldığı marketlərdə olaraq fotoçəkilişlər aparıb, fırıldaqçılıq hallarına dair dəlil-sübutlar toplayıblar.
Həmin sübutların təqdim olunduğu qurumlar sahibkarlıq subyektlərində yoxlama aparılması üçün Ədliyyə Nazirliyindən icazə alınmalı olduğunu, bu səbəbdən müraciətlərə 15 gün müddətində baxılacağını bildiriblər. Halbuki artıq marketlərdən saxta məhsulların yığışdırılmasına başlanıb. Bu isə o deməkdir ki, fırıldaqçılığa yol verən, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istehlakçıları aldadan şəxslər cəzasız qala bilərlər.
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası olaraq müvafiq qurumları bu hallara qarşı təcili tədbirlər görməyə, saxtakarlığa, qanunsuzluğa yol verənlərə qarşı hüquqi addımlar atmağa çağırırıq. Bildiririk ki, bu cür fırıldaqçılıqla bazara çıxarılan məhsulların keyfiyyəti, qida təhlükəsizliyi meyarlarına cavab verməsi böyük sual altındadır. Çünki normal məhsul istehsal edən sahibkar heç vaxt başqa əmtəə nişanından istifadə etməz, buna ehtiyac olmaz. Bu baxımdan, “Siyəzən Broyler” ASC-nin əmtəə nişanından qanunsuz istifadə edilərək satılan toyuq ətinin keyfiyyəti, qida təhlükəsizliyi normalarına cavab verib-verməməsi böyük sual altındadır.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO





















.webp)













.jpg)


