Bu xəstəlik hər 10 uşaqdan 7-sində var – Pediatrdan HƏYƏCAN TƏBİLİ
Bizi izləyin

Qırmızı.az

Bu xəstəlik hər 10 uşaqdan 7-sində var – Pediatrdan HƏYƏCAN TƏBİLİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının statistikasına əsasən, hər il 600 milyon insan, yəni planetimizin sakinlərinin təxminən 10 nəfərindən biri bakteriya, virus, parazit və ya kimyəvi maddələrlə zəhərlənmiş qida məhsullarından istifadə nəticəsində xəstələnir. Onlardan təqribən 420 min nəfəri qida mənşəli xəstəliklər nəticəsində vəfat edir. Qida mənşəli xəstəliklərin təqribən 40 faizi 5 yaşadək uşaqların payına düşür. Bu xəstəliklər hər il 125 min körpənin həyatına son qoyur. Bu növ xəstəliklər əsasən zəhərlənmiş su və qida vasitəsilə orqanizmə düşən bakteriya, virus və ya kimyəvi maddələrlə bağlı infeksion xəstəliklər və ya intoksikasiyalardır. Onlar diareyadan başlamış xərçəngə qədər 200-dən çox xəstəliyin törədiciləridir.

Qida mənşəli xəstəliklərin daha çox kiçik yaşlı uşaqlarda aşkarlanması nə ilə bağlıdır? Bu cür xəstəliklərin körpələr arasında artmasında süni uşaq qidalarının nə kimi rolu var?

Mövzu ilə bağlı Publika.az-a danışan pediatr-allerqoloq Xəyalə Quliyeva bildirib ki, uşaqlarda qida ilə bağlı xəstəliklər əsasən zəhərlənmələr şəklində özünü göstərə bilər:

“Aşkarlanan bu cür xəstəliklər həmin qidaların keyfiyyəti və saxlanma şəraiti, eyni zamanda istifadə müddətinin bitməsi ilə əlaqədar ortaya çıxır. Çünki saxlama qaydalarına düzgün əməl edilmədikdə zəhərlənmələr müşahidə olunur. Həmçinin uşaqlarda göbələk zəhərlənmələrinə də rast gəlinir ki, bu da zəhərli göbələklərin istehlakı nəticəsində müşahidə oluna bilər. Eyni zamanda turşudan zəhərlənmə halları da olur, bu, əsasən onların hazırlanması zamanı qaydalara düzgün əməl olunmaması ilə əlaqədardır. Süni uşaq qidaları da zəhərlənmələrə səbəb olur, ancaq bu cür xəstəliklərə məhz bu qidaların səbəb olduğunu söyləmək doğru deyil. Zəhərlənmələr əsasən bu qidaların saxlanma şəraitinə düzgün əməl olunmadıqda və yararlılıq müddəti bitəndə olur. Məsələn, ağzı açılan uşaq yeməkləri 1 aydan çox körpəyə verilərsə, bu, zəhərlənmə ilə nəticələnə bilər. Düzgün saxlanma şəraitinə əməl olunan süni qidalar açıldıqdan sonra 3 həftə ərzində uşağa verilən zaman heç bir fəsadlara gətirib çıxarmır”, - pediatr vurğulayıb.

src="/storage/files/upload/7ff0aea3ace64907e5e9ff910cf81294d3060d14.jpg" style="width: 307px; height: 308.023px;" class="fr-fic fr-dib fr-fil">

Həkim qeyd edib ki, 5 yaşa qədər uşaqların qidalandırılması zamanı allergik fon nəzərə alınmalıdır: “Əgər allergiya varsa, o halda həkim nəzarəti altında onun qida rasionundan müəyyən allergik qidalar çıxarılır və əlavələr olunur. Ancaq uşağın heç bir allergiyası yoxdursa, bu zaman mütləq şəkildə onların qida rasionuna bütün növ meyvə və tərəvəzlər daxil edilməlidir. Kartof, gül kələmi, brokoli, qabaq, kök, çuğundur kimi tərəvəzlər istifadə olunmalıdır. Çünki bu növ tərəvəzlər dəmirlə və bir sıra vitaminlərlə zəngindir, uşaqların mədə-bağırsağı üçün faydalıdır, eyni zamanda onlar boy atmasında müəyyən əhəmiyyətə malikdir. Uşaqlar hər gün ət yeməli, omeqa ilə zəngin olduğu üçün həftədə ən azı 2 dəfə balıq istehlak etməlidirlər. Çalışmaq lazımdır ki, fəstfudlardan, tərkibində konservant olan qidalardan maksimum az istifadə etsinlər. Allergik fon nəzərə alınmaqla, 5 yaşdan sonra uşağa müəyyən şokaladları vermək olar. Çünki uşaqları hər şeydən məhrum edə bilmərik, ancaq allergiya nəzərə alınaraq qidaların verilməsinə nəzarət olunmalıdır. Çünki hazırda allergiya pik nöqtəsini yaşayır, hər 10 uşaqdan azı 6-7-si allergikdir”.

Pediatr bildirib ki, ana südü ilə qidalanmaq ən azı 6 ay-1 yaşa qədər uşaqlar üçün tövsiyə olunur. Onun sözlərinə görə, əgər ananın südü kifayət edirsə, uşağın 2 yaşına qədər ana südü ilə qidalanması məqsədəuyğundur: “Bəzən anada müəyyən problemlər olduğu üçün ana südü ilə qidalanmağı daha erkən dayandırmağa məcbur oluruq. 6 aydan sonra əlavə qidalara başlanılmalıdır, sıyıqlar, tərəvəz supları, 7 ayından sonra ət istifadə olunmalı, allergik fon nəzərə alınmaqla, yumurta, kök, çuğundur, balqabaq, mərci zaman-zaman müvafiq olaraq istehlak edilməlidir. 1 yaşa qədər uşaqlara allergik təsir olduğu üçün süd və süd məhsullarına, inək südünə icazə vermirik, artıq müəyyən yaşdan sonra biz buna tədricən icazə verməyə başlayırıq”.

Yay mövsümündə körpələrin qidalandırılmasına gəlincə, həkim qeyd edib ki, tərkibində gübrə olmayan meyvə və tərəvəzin istifadəsi uşaqların sağlamlığı üçün vacibdir: “Yaxşı olar ki, uşaqlar yayda tərkibində gübrə olmayan pomidor və xiyar, qarpız və yemişlə qidalansınlar. Bu cür qidalanmaya iyul-avqust aylarından və məhsulun tərkibinə əmin olduqdan sonra başlaya bilərlər. Burada yaş nəzərə alınmalıdır, 9-10 ayından sonra bu cür meyvə-tərəvəz az miqdarda istifadə edilə bilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm