Qırmızı.az
ADA-da "Kommunikasiya meneceri” təlimləri davam edir - FOTO
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin “Kommunikasiya meneceri” layihəsi çərçivəsində 20-24 iyun tarixlərində ADA Universitetində təlimlər keçirilir.
Publika.az">Publika.az xəbər verir ki, iyununun 21-də təlim kursu “Ənənəvi və sosial media ilə işləmək bacarıqları” mövzusunda davam edib. Təlim ADA Universiteti İctimai və Beynəlxalq Münasibətlər Məktəbində Kommunikasiya və rəqəmsal media proqramının direktoru Şəfəq Mehrəliyeva tərəfindən aparılıb.
İyunun 22-də Şəfəq Mehrəliyevanın təqdimatında “Kommunikasiya planının qurulması” mövzusuna həsr olunan təlim praktiki tapşırıqların qrup işi formasında yerinə yetirilməsi, birgə müzakirələr, keys araşdırmaları və fikir mübadiləsi ilə aparılıb.
Həmin gün təlimə spiker kimi dəvət olunan “Trend” informasiya agentliyi mədəniyyət departamentinin rəhbəri Vüqar İmanov, Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının müxbiri, yazıçı-dramaturq Ülviyyə Heydərova və tanınmış televiziya aparıcısı, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Ceyhun Əli iştirakçılarla öz təcrübələrini bölüşüblər.
Ülviyyə Heydərova mədəniyyət sahəsinin işıqlandırılmasının məsuliyyətli tərəfləri, mədəni və mənəvi irsin təbliğində ictimaiyyətin maariflənməsinin vacibliyini vurğulayıb. Vüqar İmanov rəsmi tədbirlər zamanı kadrlarla işləmək, məlumatın düzgün ötürülməsi, media ilə əlaqə və ünsiyyətin operativliyi mövzusunda danışıb. Ceyhun Əli auditoriya qarşısında çıxış, dil və üslub, nitqin psixoloji tərəfləri barədə fikirlərini bölüşüb.
Spikerlər daha sonra iştirakçıların suallarını cavablandırıblar və təlim müzakirələrlə davam edib.
Günün sonunda iştirakçılara ADA Universitetinin layihəsi əsasında çap olunan ilk dərsliyimiz – görkəmli maarifçilər Aleksey Osipoviç Çernyayevski və Səfərəli bəy Vəlibəyovun “Vətən dili” kitabı hədiyyə edilib.
Qeyd edək ki, ADA Universitetində "Kommunikasiya meneceri” layihəsi üzrə təlimlər universitetin ixtisasartırma proqramlarının təlimat cədvəlinə uyğun olaraq gerçəkləşir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
