Qırmızı.az
Toy məclisləri ilə bağlı qanun layihəsi hazırlanacaq
Azərbaycanda toy məclislərinin keçirilməsi qaydaları ilə bağlı Milli Məclisdə qanun layihəsi hazırlanacaq. Bunu Trend-ə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib.
M.Qurbanlı hesab edir ki, Azərbaycanda xalq özü toy qaydalarına da böyük düzəliş edəcək, lakin bu sahədə qanunların tətbiqi də mümkündür: “Bunu necə etmək olar? Birincisi, toy məclislərində səsgücləndiricilərlə yayılan səsin hüdudu müəyyənləşdirilməlidir. İkincisi, restoran və şadlıq evlərində toy məclisləri üçün menyu olmalıdır. Toy sahibi istəsə, yeməkləri həmin menyu ilə, istəməsə, başqa yeməkləri sifariş edə bilər. Üçüncüsü, bütün şadlıq evləri ekologiyanı pozur. Onların bişirdikləri kababın tüstüsü ətraf mühitdə böyük ekoloji çətinliklər yaradır. Bu və digər məsələlərə nəzarət edilməlidir. Hazırda Milli Məclisdəki dostlarımız bu məsələnin üzərində işləyirlər və bununla əlaqədar qanun layihəsi hazırlayacaqlar. Artıq toy məclislərinin qanunla tənzimlənməsi sosial tələbata çevrilib”.
Qeyd edək ki, Mübariz Qurbanlı ardıcıl dörd çağırış Milli Məclisin üzvü olub. Azərbaycan Prezidenti İlham Əliyevin 21 iyul 2014-cü il tarixli Sərəncamı ilə isə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub.
-
Magazin120:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu









.jpg)



.webp)
.jpg)





















