Qırmızı.az
Mən istəmədim, ancaq qarşı da çıxmadım – 15 yaşlı qızın hekayəti
Tarlada işləmək üçün Şanlıurfadan Adanaya gələn 15 yaşlı qız kəskin qarın sancısı ilə xəstəxanaya aparılıb. Müayinə zamanı qızın 7 aylıq hamilə olduğu üzə çıxıb. Qızın təcavüzə uğradığı məlum olub.
Publika.az “Xəbərtürk”ə istinadən xəbər verir ki, hadisə Adananın Yürəgir rayonunda baş verib. İddiaya görə, 15 yaşlı, Z.Y. adlı qız 2 ay əvvəl Şanlıurfadan Adanaya işləmək üçün gəlib. Tarlada işlədiyi üçün çadırda yaşayan Z.Y. üç gün əvvəl qarınağrısı şikayəti ilə xəstəxanaya aparılıb. Həkim Z.Y.-ni müayinə etdikdən sonra 7 aylıq hamilə olduğu məlum olub.
Bundan sonra həkim, qız azyaşlı olduğu üçün polisə məlumat verib. Qız bölməyə aparılaraq psixoloq nəzarətində ifadəsi alınıb. Z.Y. ifadəsində Şanlıurfada məhəllədə 22 yaşlı Rza Y. Özünün istəyi olmadan onunla cinsi əlaqədə olduğunu bildirib:
“Mən istəmədim, ancaq qarşı da çıxmadım. 13 yaşımda mənimlə cinsi əlaqədə oldu. Bundan sonra yenə istəməməyimə rəğmən, Rza mənimlə cinsi əlaqədə olmağa davam elədi. İki ay əvvəl Adanaya tarlada işləməyə gəldik. O da gəldi. Burada da çadırda yenə mənimlə cinsi əlaqədə olmağa davam elədi. Çadırda başqa adamlar eşitməsin deyə səsimi çıxartmadım. Daha sonra qarnım ağrıdığı üçün xəstəxanaya getdik. Həkim hamilə olduğumu dedi. Buna görə polisə düşdüm. Rzadan şikayətçi olub-olmadığımı isə onunla danışandan sonra deyəcəm”.
Polis idarəsinin əxlaq şöbəsi tərəfindən yaxalanan Rza Y. qızla cinsi əlaqədə olduğunu təsdiqləyib. Ancaq qızın istəyi olduğunu deyib. Rza Y. idarədəki ifadəsindən sonra məhkəməyə çıxarılıb. Məhkəmə tərəfindən nəzarətdə saxlanılaraq azad edilib. Qız isə dövlətin mühafizəsinə götürülüb.
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO