Dünya
Baş nazirin açıqlaması vətəndaşları şoka saldı
Yaponiyanın Baş naziri Sanae Takaiçinin vəzifəyə başladıqdan sonra sutkada üç saatdan çox yatmadığı barədə bəyanatı ölkə sakinlərini şoka salıb və işlə şəxsi həyat arasında balans, eləcə də yuxusuzluğun zərərləri ilə bağlı müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Takaiçi "X" sosial şəbəkəsindəki səhifəsində yayımlanan paylaşımında iyulun əvvəlindən bəri istirahət günlərində səhər tezdən gecəyə qədər "sənəd yığınları ilə mübarizə apardığını" bildirib. O, baş nazir vəzifəsinə başladıqdan bəri "sıfırdan üç saata qədər yuxu normaya çevrildiyini" deyib. İyulun 20-də qeyd olunan milli bayramda, uzun müddətdən sonra ilk dəfə beş saat yatmağa nail olub.
Müxalifətdə olan "Mərkəzçi İslahatçılar Alyansı" partiyasından olan yapon deputat Toru Kunişige Takaiçinin normal yuxudan məhrum olmasının "milli böhran idarəçiliyi üçün təhlükə yarada biləcəyindən" narahatlıq keçirib. O, həmçinin uzunmüddətli yuxusuzluğun qərar qəbul etmək qabiliyyətini pisləşdirdiyini qeyd edərək onu sərxoşluq vəziyyəti ilə müqayisə edib.
Hüseyn İbadlı
-
Magazin110:52Xuraman Şuşalı ərindan yazdı: "Arada yüngülcə özü də vururdu" - FOTO
-
Avto09:57Çindən avtomobillərlə bağlı görünməmiş geriçağırış - 3 milyon maşında qüsur var
-
MDB09:38"Procter & Gamble" şirkətinin keçmiş top-meneceri ev dustaqlığına buraxıldı
-
Qoroskop09:00Avqustun sonunda 3 bürcü sınaq gözləyir
-
Avropa08:48Alaster Kruk Rusiyaya təzyiq göstərməyin nəticələri barədə xəbərdarlıq etdi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin106:16Röyadan fərqli fotolar
-
İdman03:13İngiltərədə ağlasığmaz qol vuruldu - VİDEO











.jpg)





















