Qırmızı.az
Azərbaycanda bu məmurlar sərt cəzalandırılacaq
Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanda sahibkarlar üzərində qanunsuz yoxlamalar aparan, o cümlədən aparılan yoxlamalarda qaydaları pozan məmurlarla bağlı xüsusi cəzalar müəyyənləşdirən layihə müzakirə olunub.
Publika.az xəbər verir ki, layihə barədə məlumat
verən MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri
Əli Hüseynli bildirib ki, bu, İnzibati Xətalar Məcəlləsinə ayrıca
əlavə edilən 348-8 maddə ilə bağlıdır.
Qeyd olunub ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmayan yoxlamanın keçirilməsinə görə, vəzifəli şəxslər 1000 manatdan 5 min manata qədər cərimə olunacaqlar. Həmçinin bu yoxlamanın nəticələri barədə məlumatın tam, düzgün və ya vaxtında müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə də cərimə müəyyənləşdirilir. Eyni zamanda, vahid məlumat reyestrində qeydiyyata alınmış, lakin hər hansı səbəbdən aparılmamış yoxlama barədə səbəbləri göstərilməklə vaxtında müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsi də cərimə tətbiqinə səbəb olacaq. Yoxlayıcı orqan tərəfindən yoxlamanın dayandırılması və ya sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarla bağlı məlumatın müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə də vəzifəli şəxslər 500 manatdan 1000 manata qədər cərimə olunacaqlar.
Yoxlayıcı orqan və yoxlayıcı tərəfindən “Sahibkarlıq sahəsində
aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının
müdafiəsi haqqında” qanunda yoxlamalarla bağlı müəyyən edilmiş
tələblərin və prosedurların pozulmasına görə, vəzifəli şəxslər 500
manatdan 1500 manata qədər cərimə olunacaqlar. Sahibkar tərəfindən
yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim
edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və ya yazılı
izahatlar verilməməsinə, sahibkarlıq fəaliyyəti üçün istifadə
olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış
sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti
üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa
görə vəzifəli şəxslər 1000 manatdan 1500 manata qədər cərimə
ediləcəklər.
Qanun layihəsi səsə qoyularaq qəbul olunub.
Asif
-
Dəb16:27
Dünya qədər pulu var, amma sevgilisinə normal geyim ala bilmir? - FOTO
-
Nida Xəbər 15:58
Fransa daxili işlər nazirinin bu iddiaları əsassızdır - XİN
-
Nida Xəbər 14:40
Almatı danışıqlarının arxasında hansı ölkə var? - Ermənilər qorxuya düşüb
-
Magazin214:05
Məşhur aparıcı tanınmaz halda - VİDEO
-
Sosial13:25
Bakıda ucuz avtomobillər satışa çıxarılır - Siyahı
-
Avropa12:45
Bu ölkə 7 saatlıq iş gününə keçir
-
Cənubi Qafqaz11:25
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - VİDEO
-
Nida Xəbər 11:10
Bu xanıma yüksək vəzifə verildi - FOTO