Bakıda mənzildən 50 min manatlıq qızıl oğurlayıblar
Bizi izləyin

Qırmızı.az

Bakıda mənzildən 50 min manatlıq qızıl oğurlayıblar

Bakının Xətai rayon sakininin evindən külli miqdarda oğurluq edilib.

Xətai Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, rayon sakini, Nazimov küçəsi, ev 109-da yaşayan 1966-cı il təvəllüdlü Şahvələd Mikayıl oğlu Hümbətov ərizə ilə 35-ci Polis Bölməsinə müraciət edib. O, ərizəsində bildirib ki, noyabrın 25-dən 26-na keçən gecə ikimərtəbəli evinin 2-ci mərtəbəsində mətbəxin pəncərəsinin açıq qalmasından istifadə edən naməlum şəxs və ya şəxslər evə daxil olaraq, 600 manat pul və 50 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıblar.

Faktla Cİnayət Məcəllləsinin 177.3.2-ci (Oğurluq; külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinyaət işi başlanıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm