"İran Air" Tehran-Bakı-Tehran reysi üzrə uçuşları dayandırdı
Bizi izləyin

Qırmızı.az

"İran Air" Tehran-Bakı-Tehran reysi üzrə uçuşları dayandırdı

"İran Air" aviaşirkəti Tehran-Bakı-Tehran reysi üzrə birbaşa uçuşları müvəqqəti dayandırıb. Bu barədə Trend-ə "İran Air"-in Bakı ofisindən bildirilib.


Məlumata əsasən, uçuşlar fevralın 1-dən bərpa olunacaq. "İran Air"-in Bakı ofisi uçuşların dayandırılmasının səbəbini açıqlamayıb.


Məlumatlı mənbənin Trend-ə bildirdiyinə görə, Tehran-Bakı-Tehran birbaşa uçuşlarının dayandırılması Həcc mövsümü ilə bağlı "İran Air" aviaşirkətinin təyyarələrinin Məkkədə olan zəvvərları daşıması ilə əlaqədardır.

Mənbə bildirib ki, uçuşlar fevralın 1-dən əvvəlki qaydada həyata keçiriləcək.

Qeyd edək ki, "İran Air" aviaşirkəti hər həftənin ikinci və dördüncü günləri Bakıya uçuşlar həyata keçirirdi.

Yaxın vaxtlarda açılması gözlənilən Bakı-Məşhəd aviareysinə gəlincə, məlumatlı mənbə Trend-ə bildirib ki, bu reys üzrə uçuşlara başlanması ilə bağlı danışıqlar son mərhələdədir: “İşlər tamamlanmaq üzrədir və tezliklə Bakı-Məşhəd reysi üzrə uçuşlar həyata keçiriləcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm