Qırmızı.az
Əlillərin yerini sökən sürücülər cəzalandırılacaq- FOTO (YENİLƏNİB)
Bakıya yeni gətirilən avtobuslarda əlillər üçün nəzərdə tutulmuş yerlər sökülüb.
Publika.az xəbər verir ki, bu barədə 101 FM-in xəbər aparıcısı Əzizə İsmayılova sosial şəbəkədə məlumat yayıb.
O qeyd edib ki, 88 saylı marşrutun sürücüsü avtobusa daha çox sərnişin yığmaq üçün bu addımı atdığını özü təsdiq edib. Problemlə bağlı jurnalist xəttin rəhbəri ilə də əlaqə saxlayıb. Rəhbər şəxs belə bir halın mümkünsüz olduğunu bildirsə də, çəkilmiş şəkilləri gördükdən sonra problemin sabah həll ediləcəyini nəzərə çatdırıb.
***
Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov da sözügedən hadisəyə münasibət bildirib. O, modern.az-a açıqlamasında, baş verənlərdən xəbərdar olduğunu qeyd edib:
“Bununla bağlı bizə də məlumatlar daxil olub. Nəqliyyat Nazirliyi avtobuslarda konstruksiyaların dəyişdirilməsi ilə bağlı böyük bir reyd keçirəcək. Reyd nəticəsində avtobuslarda özbaşına konstruksiyalar dəyişdirilənlər müəyyənləşdiriləcək”.
O qeyd edib ki, qətiyyən narahatlığa əsas yoxdur: “Birinci növbədə nöqsanlar aşkarlanan avtobusların sürücüləri, sonra isə sahibkarlar cəzalandırılacaq. Yaxın günlərdə nəticə barədə ictimaiyyətə məlumat veriləcək.
Yeni gətirilməyindən və ya əvvəldən istismara verilməsindən asılı olmayaraq heç kəsin avtobusların konstruksiyasına müdaxilə etməyə ixtiyarı yoxdur. Bu tamamilə məntiqə sığmayan və qanunsuz hərəkətdir”.
Nazirliyin sözçüsü avtobusların orta hissəsindəki oturacaqların da sökülərək daha çox sərnişinin ayaq üstə dayanmasını təmin edən sürüclərin də cəzalandırlacağını istisna etməyib: “Nəinki yeni, ümumiyyətlə, bütün avtobus marşurutlarında araşdırmalara başlayacağıq. Nöqsanı olanlar mütləq cəzalanacaq. Buna əmin ola bilərsiniz”.
-
Region14:40Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
-
Rəsmi xronika13:54Milli Məclis Prezidentlə xanımına təbrik məktubu ünvanladı
-
Sosial13:17Talıbovlar ailəsinə 2259 manat sosial ödəniş edilir - VİDEO
-
Müsahibə12:40Xaricdə 14 universitetdən qəbul alan gənc: "Əlçatmaz deyil"
-
Dünya12:00Milyarderlər gizlicə narkotik qəbul edirlər: İndi bunu cəmiyyətə yayırlar
-
Nida Xəbər 11:22Milli Məclisin iclası başladı
-
Dünya11:18Putin şəxsən xahiş edib: Bu mesajı Trampa çatdırın
-
Region11:15Saakaşvili həbsxanada tanınmaz hala düşdü: Yeni imici diqqət çəkdi - FOTO

































