Qırmızı.az
Azərbaycanda ər arvadını doğradı (FOTO)
Bərdədə bayram günü ər arvadının biləklərini
kəsib.
Hadisə Bərdənin C.Cabbarlı küçəsində baş verib. Bərdə rayon
sakini Eldar Həsənov həyat yoldaşı 31 yaşlı Hüsniyyə Həsənova ilə
mübahisə edib. Daha sonra Eldar həyat yoldaşını yerə yıxaraq kəskin
alətlə onun biləklərini kəsib. Daha sonra isə özünə xəsarət
yetirib.
Hər iki yaralı Bərdə MRX-na gətirilib. Hüsniyyə Həsənova
əməliyyat edilib. Əldə etdiyimiz məlumata görə vəziyyəti ağırdır.
Yaralı Eldar Həsənova da tibbi yardım göstərilib. Hüsniyyə
Həsənovanın qardaşının sözlərinə görə, hadisəyə bir neçə ay əvvəl
Hüsniyyənin telefonuna gələn mesaj səbəb olub.
Həmin vaxt gənc qadın qorxusundan həyat yoldaşına mesaj barədə
heç nə bildirməyib. Daha sonra bu hal bir neçə dəfə təkrarlanıb və
Eldar Həsənov telefona gələn mesajlardan birini görüb. Eldar
Həsənovun hadisəni də elə bu səbəbdən törətdiyi bildirilir.
Hazırda faktla bağlı Bərdə rayon polis şöbəsində araşdırma
aparılır.
Qeyd edək ki, Həsənovlar ailəsinin iki azyaşlı övladı var. (anspress.com)





-
Nəqliyyat25 May 21:51Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatar biletlərinin qiymətləri enəcək? - Rəsmi açıqlama
-
İnanc25 May 21:26Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik
-
MDB25 May 21:13Rusiya XİN-dən xəbərdarlıq - Dərhal Kiyevi tərk edin!
-
Elm və təhsil25 May 19:20Azərbaycanda yeni universitet yaradılacaq
-
Ekologiya25 May 18:10Sabah Bakıya yağış yağacaq - Xəbərdarlıq
-
Rəsmi xronika25 May 17:20İlham Əliyev sərəncam imzaladı
-
Sosial25 May 17:16Prezidentdən soyuducu anbarlarla bağlı tapşırıq
-
Sosial25 May 16:52İTV-nin yeni baş direktoru müəyyən oldu










.jpg)

























