Qırmızı.az
SOCAR-ın təqaüdünü almaq istəyən tələbələr üçün imtahan
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 19-da ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ-nin təqaüd proqramına namizədlərin seçim imtahanının I mərhələsi olan test imtahanını keçirəcək.
TQDK-nın mətbuat xidmətindən Publika.az-a
verilən məlumata görə, imtahan Bakı Dövlət Universitetinin I, II və
Yeni tədris binalarında (Z.Xəlilov küç., 23) saat 11:00-da
başlayacaq.
Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini,
“İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında
uyğunsuzluq olduqda namizədlər imtahana buraxılmayacaq. İmtahan
binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər
yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib
olunacaq və imtahan binasına buraxılmayacaqlar.
Qeydiyyat ARDNŞ tərəfindən aparılıb və 2181 nəfər qeydiyyatdan keçib. İmtahanın idarə olunması üçün 16 imtahan rəhbəri, 151 nəzarətçi-müəllim ayrılıb.
Test imtahanında namizədlərə məntiqi təfəkkürü yoxlayan 40 test (10-u açıq tipli test tapşırığı olmaqla) tapşırığı təqdim olunur. Sualların cavablandırılması üçün namizədlərə 1 saat vaxt verilir. Hər sual 1 balla qiymətləndirilir. Səhv cavabların nəticəsi düzgün cavabların nəticəsinə təsir etmir.
İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edirlər. Müsahibəni ARDNŞ-nin məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.
Qeyd edək ki, ARDNŞ bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir.
-
Region22:36Bayraktar Paşinyanla nüvə enerjisindən danışdı - Foto
-
Sosial21:24Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
-
MDB20:50Vahid Ələkbərov Rusiyanın ən varlı üçüncü adamı oldu
-
MDB20:40Rusiya "Starlink"in analoqunu sınaqdan keçirəcək
-
Qarabağ 20:20Nazir Xankəndidə tələbələrlə yallı getdi, tonqaldan tullandı - VİDEO
-
İnanc20:12Bu gün ikinci Qədr gecəsidir
-
Sosial19:50Daha bir tiktoker saxlanıldı
-
Sosial18:24Azərbaycanda üç kəndin adı dəyişdirilə bilər - Təklif hazırlandı



































