Qırmızı.az
Əcnəbi diplomatlar Heydər Əliyev mərkəzində - FOTO
İsveçrədə və Lixtenşteyndə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərlərindən ibarət nümayəndə heyəti mayın 2-də Heydər Əliyev Mərkəzi ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, qonaqlar dünya memarlıq inciləri sırasında olan və Bakının müasir simvoluna çevrilən Heydər Əliyev Mərkəzinin binası, onun arxitektura özəllikləri barədə məlumatlandırılıblar.
Mərkəzdə yaradılan Heydər Əliyev Muzeyi ilə tanışlıq nümayəndə heyətində xüsusi maraq doğurub. Qeyd edilib ki, Heydər Əliyev Muzeyi təşkil olunarkən ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilib. Muzey həm də Azərbaycan tarixinin öyrənilməsinə böyük imkanlar yaradır. Bu baxımdan interaktiv formada təqdim edilən eksponatlar, müxtəlif videomateriallar xüsusi əhəmiyyət kəsb edir.
Sonra nümayəndə heyəti Mərkəzdə Azərbaycanın tarixinə və mədəni irsinə dair eksponatların nümayiş olunduğu “Azərbaycan inciləri: tarixin axarında”, “Mini Azərbaycan” sərgilərinə baxıblar.
Nümayəndə heyətinin üzvləri Heydər Əliyev Mərkəzi ilə tanışlığın onlarda dərin təəssüratlar yaratdığını bildiriblər.
-
Hadisə02:00Xəzər dənizində zəlzələ oldu
-
Səhiyyə01:41Demensiyanın gözlənilməz gizli səbəbi müəyyən edildi
-
Yaxın Şərq00:45İrana qarşı əməliyyat başa çatıb? - Netanyahudan AÇIQLAMA
-
Qoroskop00:15Günün ULDUZ FALI - Gözəllik görmək gözəldir, amma...
-
İdman11 Aprel 23:36Ronaldo karyerasının 968-ci qolunu vurdu
-
Ekologiya11 Aprel 22:36"Yeddi aya yağan yağış iki gündə yağdı" - VİDEO
-
Yaxın Şərq11 Aprel 22:24Pakistanın hərbi kontingenti bu ölkədə yerləşdirildi
-
Sosial11 Aprel 21:36Tural Kərimova yüksək VƏZİFƏ VERİLDİ































