Qırmızı.az
"Azərişıq" Avropa Oyunlarına tam hazırdır – FOTOLAR
Bakı-2015 1-ci Avropa Oyunlarının müvəffəqiyyətlə həyata keçirilməsi üçün “Azərişıq” ASC tərəfindən irimiqyaslı hazırlıq işləri davam etdirilir.
ASC-dən Publika.az-a verilən məlumata görə, əsas tədbirlərin keçiriləcəyi Olimpiya Stadionunun elektrik təchizatı üçün uzun müddət istismarda olan 35/6 kv-luq 19 və 35 saylı yarımstansiyalar sökülərək yerində qapalı tipli yeni yarımstansiyalar inşa edilib. 35/6 kv-luq “Koroğlu” və 35 saylı yarımstansiyaları “Olimpiya Stadionu” yarımstansiyası ilə 35 kv-luq kabel xətləri ilə əlaqələndirilib. Olimpiya Stadionunun elektrik təchizatı bir-birindən asılı olmayan 4 müxtəlif 220 kv-luq güc mərkəzindən qidalanan 110 kv-luq yarımstansiyaların 35 kv-luq şəbəkəsi ilə təchiz olunur.
“Azərişıq” ASC-də Bakı-2015 Avropa Oyunlarının keçiriləcəyi obyektlərin fasiləsiz, dayanıqlı və etibarlı elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədilə xüsusi plan təsdiq olunub və əməkdaşların yüksək səviyyədə hazırlığı ilə bağlı əks-qəza məşqlərinin keçirilməsi də intensivləşdirilib. Avropa Oyunlarının keçiriləcəyi ərazilərdə, o cümlədən Oyunlarla əlaqəli obyektlərin – Atletlər kəndi, Media mərkəzi, mehmanxanalar, restoranlar və əyləncə mərkəzlərinin enerji təchizatının tam dayanıqlılığının təminatı məqsədilə “Azərişıq” ASC-nin 110 kv-luq 204, ”Yeni Bayıl”, ”Xoca Həsən”, ”İçərişəhər”, ”Hava Limanı”, ”Dağlıq” və 35 kv-luq “Koroğlu”, 19, 35, 80, 81, 88, 99, 208, 217, 218, ”Gənclik”, ”Bayraq Meydanı”, 102, 109, 118 saylı yarımstansiyalarının texniki vəziyyətləri və avtomatikaları yoxlanılaraq SCADA sisteminə qoşulub.
Cari ilin aprel ayından başlayaraq olimpiya obyektlərini qidalandıran yarımstansiyalarda, paylayıcı qurğularda təkrar sınaq yoxlama işləri və əks-qəza məşqləri aparılaraq xüsusi hazırlıq kursları keçmiş personal və mühəndis heyətləri ilə mütəmadi treninqlər keçirilir, ASC-nin tələbi ilə müvafiq yükə və gücə uyğun generator və UPS qurğuları quraşdırılır.
Belə bir mötəbər tədbirin keçirilməsi “Azərişıq” ASC-nin hər bir əməkdaşının məsuliyyətini ikiqat artırıb, enerji təchizatının etibarlığını təmin etmək üçün rejim xarakterli məsələlərdən irəli gələn vəzifələrin icrası ilə bağlı əməkdaşlara ciddi tapşırıqlar verilib və hər bir texniki heyətin məsuliyyəti müəyyənləşdirilib.
-
ABŞ05:15ABŞ və İran uranı birlikdə çıxaracaq - Trampdan sensasion açıqlama
-
Sosial03:43Azərbaycanda alça bağlarında dəhşətli xəstəlik yayıldı - Video
-
Qoroskop01:40Günün ulduz falı: planlı addımlar sizə uğur gətirəcək
-
Elm və təhsil17 Aprel 22:18Azərbaycanda yeni ixtisas - Qəbul prosesi necə olacaq?
-
ABŞ17 Aprel 21:39Bu həftəsonu nə baş verəcək? - Tramp açıqladı
-
Kriminal17 Aprel 20:36Gəncədə məktəblini qətlə yetirən şəxsə höküm oxundu
-
Ekologiya17 Aprel 20:00Hava ilə bağlı xəbərdarlıq: Bu tarixdən etibarən...
-
Sosial17 Aprel 19:10Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa








.jpg)





.jpg)


.webp)
















