Qırmızı.az
Hərbi qeydiyyatın aparılması üzrə yeni qaydalar tətbiq ediləcək
Azərbaycanda “Çağırışçıların və hərbi vəzifəlilərin
hərbi qeydiyyatının aparılması Qaydası”nda dəyişikliklər edilib. Bu
barədə Trend Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər
verir.
Nazirlər Kabinetinin qərarına əsasən, “Çağırışçıların və hərbi
vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nın 1.2-ci
bənddə “həqiqi hərbi xidmətə çağırışın təmin edilməsi məqsədi ilə
bütün çağırışçı və hərbi vəzifəli şəxslərin müəyyən olunmuş
qaydada” sözləri “Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq
yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə
komplektləşdirmək məqsədi ilə bütün çağırışçıların və hərbi
vəzifəlilərin yaşayış yeri və ya olduğu yer üzrə” sözləri ilə əvəz
edilib.
Bundan əlavə Qaydaya 1.5-ci və 1.6-cı bəndlər əlavə edilib. 1.5-ci
bəndə əsasən, çağırışçılar və hərbi vəzifəlilər həqiqi hərbi
xidmətə çağırıldıqda və ya könüllü daxil olduqda hərbi qeydiyyatdan
çıxarılaraq xidmət etdiyi Azərbaycan Respublikasının Müdafiə
Nazirliyində, Daxili İşlər Nazirliyində, Ədliyyə Nazirliyində,
Milli Təhlükəsizlik Nazirliyində, Fövqəladə Hallar Nazirliyində,
Dövlət Sərhəd Xidmətində, Xüsusi Dövlət Mühafizə Xidmətində və
SHXÇDX-də xüsusi qeydiyyata alınırlar.
1.6-cı bəndə əsasən isə, Azərbaycan Respublikasının vətəndaşlığı
olmayan şəxslər, sağlamlıq vəziyyətinə görə həm dinc dövrdə, həm də
müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş, törədilmiş
ağır və ya xüsusilə ağır cinayətə görə müəyyən müddətə azadlıqdan
məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya
məhkum edilmiş, ehtiyatda olmağın son yaş həddinə çatmış
vətəndaşlar və qadın vətəndaşlar (hərbi-uçot ixtisasına malik olan,
öz razılığı ilə hərbi qeydiyyata götürülən qadınlardan başqa) hərbi
qeydiyyata götürülmürlər.
Qaydanın 2.1-ci bəndində isə “Hərbi vəzifəlilər” sözləri
“Vətəndaşlar” sözü ilə əvəz edilib.
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ
-
Hadisə11:52Bakı çimərliklərində təhlükə iddiası: Azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO
-
İdman11:10Bunun adı soyğunçuluqdur – ABŞ İspaniyanın mükafatından 19 milyon vergi tutacaq?
-
Dünya10:20Estoniya-Rusiya sərhədində böyük növbə: Kamran Əbilov səbəbini açıqladı

























.jpg)











