Qırmızı.az
Azərbaycana bu ikimərtəbəli qatarlar gətiriləcək – FOTOLAR
MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının Minskdə keçirilən 62-ci iclasında iştirak edən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavoduna olub.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Trend-əbildirib ki, zavodla tanışlıq zamanı “Stadler Rail Group” şirkətinin baş direktoru Peter Şpuler onun fəaliyyəti haqqında ətraflı məlumat verib: ""Stadler Minsk" zavodu MDB məkanında mövcud olan geniş zolaqlı dəmir yolları üçün tərkib heyətlərinin istehsalı üzrə ixtisaslaşıb. İllik istehsal gücü 120 vaqondur. Artıq zavodda "Aeroekspress" dəmir yolu operatoru üçün 25 ikimərtəbəli qatar istehsal olunub ki, ilk bu tip ekspress qatar bu yaxınlarda Moskvada xəttə buraxılıb".
"Stadler Minsk" zavodunda MDB dövlətlərinin, o cümlədən Belarus
dəmir yolunun sifarişləri üzrə nəqliyyat texnikası istehsal
olunacaq.
Sonra C.Qurbanov “Stadler Minsk” zavodunda Azərbaycan Dəmir Yolu
üçün istehsal olunan KİSS markalı ikimərtəbəli elektrik qatarına
baxış keçirib.
Mayın 24-də KİSS markalı iki ikimərtəbəli elektrik qatarı yola
salınacaq. Qatarlar iyunun 2-də Azərbaycana çatacaq.
Xatırladaq ki, dəmir yolu nəqliyyat sisteminin modernləşdirilməsi üzrə "ADY" QSC ilə “Stadler Rail Group” şirkəti arasında artıq uzun müddətdir ki, danışıqlar aparılır. Mayın 13-də Bakıda keçirilən "2015 TransCaspian" Beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi çərçivəsində “Stadler Rail Group” şirkəti ilə KİSS markalı 5 ikimərtəbəli elektrik qatarının alınması ilə bağlı saziş imzalanıb.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...
-
Sosial28 İyul 22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar
-
Magazin128 İyul 22:125 milyon baxışı olan mahnını yutubdan sildirdi
-
Qoroskop28 İyul 19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar
-
İdman28 İyul 18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı



































