Qırmızı.az
Millət vəkili macar həmkarı ilə görüşdü - FOTO
Millət vəkili Qənirə Paşayeva Macarıstanın Jobbik Partiyasının sədri, millət vəkili Vona Gaborla görüşüb.
Publika.az-ın məlumatına görə, görüşdə Q.Paşayeva Azərbaycan ilə Macarıstan arasında bütün istiqamətlərdə əməkdaşlığın yüksək səviyyədə olduğunu və onun daha da inkişaf etməsinin məmuniyyətverici olduğunu deyib.
Millət vəkili görüşdə Dağlıq Qarabağ münaqişəsi barədə son vəziyyət, Ermənistanın bölgədə bu gün də davam etdirdiyi təxribatlar barədə Vona Gabora məlumatlar verib.
Q.Paşayeva hər zaman Qarabağ məsələsində, Xocalı Soyqırımının yayılmasında göstərdiriyi dəstəyə görə V.Gabora təşəkkürünü bildirib. Millət vəkili Azərbaycan həqiqətlərinin, Qarabağ həqiqətlərinin, özəlliklə Xocalı Soyqırımı barədə həqiqətlərinin Macarıstan ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması istiqamətində onun və rəhbərlik etdiyi partiyanın, hərəkatın dəstəyini və səylərini daha da artıracağına inandığını deyib.
Görüşdə qarşılıqlı əməkdaşlıq, həyata keçirilməsi nəzərdə tutulan yeni ortaq layihələr, ortaq tariximizin və mədəniyyətimizin öyrənilməsi, gənc nəsillərə çatdırılması, Azərbaycan həqiqətlərinin Macarıstan ictimaiyyətinin diqqətinə çatdırılması, Macarıstan mədəniyyətinin Azərbaycanda daha geniş tanıdılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Macarıstan Parlamentində böyüklüyünə görə ikinci böyük partiyası olan Jobbik Partiyasının sədri, millət vəkili Vona Gabor Macarıstan Parlamentində Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması, Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımını rəsmi olaraq qaldıran partiya sədri və millət vəkilidir.
-
Qoroskop00:30Günün ULDUZ FALI - Sizin üçün maraqlı qapı açıla bilər
-
Elm və təhsil00:15UNEC-in tələbəsi dünyasını dəyişdi
-
Sağlamlıq00:00Mükəmməl yuxunun sirri görün necə tapılıb
-
Hadisə12 İyul 22:24Kəlbəcərdə 11 yaşlı uşaq çaya düşdü - VİDEO
-
Hadisə12 İyul 21:48Ötən gün çimərlikdə boğulan Rəşadın FOTOSU
-
Yaxın Şərq12 İyul 21:00ABŞ-ın Küveytdəki hərbi bazaları vuruldu - VİDEO
-
Magazin112 İyul 20:00Günel Azərbaycana köçməsindən danışdı - VİDEO
-
Sosial12 İyul 18:36Nazirin yeni rütbədə İLK FOTOSU































